Əfətli bələdiyyəsi — Azərbaycanın Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
| Bələdiyyə | |||
| Əfətli bələdiyyəsi | |||
|---|---|---|---|
| Əfətli bələdiyyəsi | |||
| |||
| |||
| Ölkə | |||
| Daxildir | Ağdam rayonu | ||
| Bələdiyyə ünvanı | Əfətli kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Əfətli kənd İƏD üzrə nümayəndəliyinin binası | ||
| Tarixi və coğrafiyası | |||
| Yaradılıb | 1999 | ||
| Sahəsi |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | Azərbaycan dili | ||
| Rəqəmsal identifikatorlar | |||
| Statistik kodu | 60903007 | ||
| Bələdiyyə ödənişləri üçün vergi kodu | 3203 | ||
| VÖEN | 3200033191 | ||
| Telefon kodu | +994 26 | ||
| Avtomobil nömrəsi | 02 | ||
Tarixi
07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinə əsasən yaradılmış 8 bələdiyyədən biri də Ağdam rayonunun Əfətli bələdiyyəsidir.
10.05.2000-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 22.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə isə həmin Nizamnamə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.
29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində dəyişikliklər edilib: "Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi yaradılıb."
2020–2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla dəyişikliklər edilib: "7.3. Əfətli və Hacıturalı bələdiyyələrinin əhatə etdiyi Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli və Məmmədbağırlı kəndlərində Əfətli bələdiyyəsi yenidən təşkil edilib."
22.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi təsdiq edilib.
Mərkəzi və ərazisi
Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Ağdamın Əfətli kəndindədir.
Bələdiyyənin ünvanı: Əfətli kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Əfətli kənd İƏD üzrə nümayəndəliyinin binası.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir:
| Bələdiyyənin tam adı | VÖEN | Bələdiyyə ödəyiciləri üçün vergi kodu | Bələdiyyənin statistik kodu | Ərazisi (km²) | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu |
|---|---|---|---|---|---|---|---|---|
| Ağdam rayonunun Əfətli bələdiyyəsi | 3200033191 | 3203 | 60903007 | 28,2 | Əfətli kənd iəd | 60903005 | Əfətli kəndi | 60903018 |
| Hacıməmmədli kəndi | 60903068 | |||||||
| İsalar kəndi | 60903038 | |||||||
| Küdürlü kəndi | 60903048 | |||||||
| Hacıturallı kəndi | 60903028 | |||||||
| Həsənxanlı kəndi | 60903058 | |||||||
| Qəhrəmanbəyli kəndi | 60903078 | |||||||
| Məmmədbağırlı kəndi | 60903088 |
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1061 ev təsərrüfatı fəaliyyət göstərməklə, 4658 nəfər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əfətli bələdiyyəsi sözünün mənası, əfətli bələdiyyəsi haqqında məlumat. əfətli bələdiyyəsi nədir? əfətli bələdiyyəsi nə deməkdir?
