Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəs

Əfşan Qədimbəyova

  • Ana Səhifə
  • Vikipediya
  • Əfşan Qədimbəyova

Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəssis.

Əfşan Qədimbəyova
Qədimbəyova Əfşan Ələkbər qızı
Doğum tarixi 1915
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1980 (64–65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
SSRİ SSRİ
Atası Ələkbər bəy Qədimbəyov
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji İnstitutu
Fəaliyyəti alim, siyasətçi

Mündəricat

Həyatı

1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur.

Təhsili

Əfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür.

Fəaliyyəti

Moskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir.

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir.

1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, 1980-ci ildə həyatını dəyişmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfşan Qədimbəyova haqqında məlumat. Əfşan Qədimbəyova nədir? Əfşan Qədimbəyova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bilal

  • Fevral 27, 2026

    Unsiya

  • Fevral 27, 2026

    Çay dərələri

  • Fevral 27, 2026

    Sincar

  • Fevral 27, 2026

    Mesopotomiya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst