Ədirnəqapı şəhidliyi (türk. Edirnekapı Şehitliği) — Türkiyənin İstanbul şəhərində qəbiristanlıq. Bu, şəhərdəki ən böyük məzarlıqlarından biridir və şəhərin Avropa hissəsində, Əyyubsultan rayonunun Ədirnəqapı məhəlləsində yerləşir. Qədim, tarixi və müasir hissədən ibarətdir. Balkan müharibələri, Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə həlak olan Osmanlı əsgərlərinin məzarları, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, Türk Hava Yolları personalının məzarları qəbiristanlığın bir hissəsidir.
| Qəbiristanlıq | |
| Ədirnəqapı şəhidliyi | |
|---|---|
| |
| |
| Ölkə | |
| Yerləşdiyi yer | Əyyubsultan |
| Əsası qoyulub | təq. 1453 |
| 41°01′48″ şm. e. 28°55′48″ ş. u.HGYO | |
![]() Ədirnəqapı şəhidliyi | |

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ədirnəqapı şəhidliyi haqqında məlumat. Ədirnəqapı şəhidliyi nədir? Ədirnəqapı şəhidliyi nə deməkdir?


