Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdüləziz xan ibn Nadir Məhəmməd xan bin Din Məhəmməd xan 1614-cü ildə Buxara şəhərində anadan olmuşdu. Həştərxanilər sülaləsindəndir.1630—1645-ci illərdə Meymə

Əbdüləziz xan

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdüləziz xan

Əbdüləziz xan (1614 - 1683)—Buxara xanlığının hökmdarı.

Əbdüləziz xan
Şəxsi məlumatlar
Doğum tarixi 1614(1614)
Doğum yeri
  • Buxara, Özbəkistan
Vəfat tarixi 1683(1683) (68–69 yaşında)
Vəfat yeri
  • Məkkə, Həbəşistan əyaləti, Osmanlı imperiyası
Ailəsi Həştərxanilər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbdüləziz xan ibn Nadir Məhəmməd xan bin Din Məhəmməd xan 1614-cü ildə Buxara şəhərində anadan olmuşdu. Həştərxanilər sülaləsindəndir.1630—1645-ci illərdə Meymənənin hakimi, 1645—1681-ci illərdə bütün Mavəraünnəhrin hökmdarı olmuşdu.

Əbdüləziz xan Səfəvilərə və Böyük Moğollar imperiyasına qarşı müharibə etmişdi.

Xorasanda Bəlx hakimi Nadir Məhəmməd xanın oğlu Əbdüləziz xanın ordusu ilə Səfəvi qoşunu arasında ən azı beş dəfə böyük toqquşma olmuşdu. Bu zaman Buxara hakimi həştərxanilər sülaləsinin dördüncü nümayəndəsi İmamqulu xan (1611-1642) idi. O, xan hakimiyyətin möhkəmləndirməyə müvəffəq olmuş və yerli əyanları özünə tabe edə bilmişdi. Bəlxin idarəsi isə 1611-ci ildən Nadir Məhəmməd xanın əlində idi. Özbəklərin əsas hücum hədəfi Herat şəhəri idi. Artıq 1631-ci ilin sonunda Əbdüləziz Buxara və Bəlx əmirlərinin köməyi ilə Heratın 6-7 kilometrliyindəki Quryan qalasına yaxınlaşır.

Bu dəfə Herat hakimi Həsən xan Şamlının vaxtında hərəkətə keçməsi ilə onların qarşısı alınmışdı və irəli gedə bilməmişdilər. Uğur qazana bilməyən Əbdüləziz xan öz dəstəsi ilə Cam tərəfdə hərəkət edir. Özbək ordusunun hərəkəti zamanı yerli əhaliyə çox böyük ziyan dəyir. Özbək xanlarının qarətləri elə bir həddə çatır ki, nəticədə yerli əhali onlara qarşı mübarizəyə qalxır .

1632-ci ildə Əbdüləziz iyirmi minlik ordusu ilə Murğab çayının sağ sahilindəki Maruçak qalasını mühasirəyə alır. Elə bu ildə əvvəl adı çəkilən Rüstəm Məhəmməd xan ordu ilə cənub-qərbdən Bəlx xanlığına soxuldu, ancaq sonra Bəlx əmirlərindən ehtiyat edərək Maruçak qalasına sığındı. Əbdüləziz qalaya yaxınlaşıb onu ələ keçirməyə cəhd göstərdi. Artıq bu dəfə mövcud vəziyyətdən narahat olan Şah hökuməti şəhər hakiminə kömək etməyi qərara alır. Şahın sərəncamı əsasında bura sipahsalar Rüstəm bəy və Kəlbəli bəy göndərilməli idi. Sonuncuya muzdla qoşun səfərbərliyə alıb qalanı qorumaq üçün beş min tümən pul verilmişdi. Ancaq səfərbərlik yubandı və qala müdafiəçiləri mərkəzdən yardım almadan qələbə çaldılar .

Əbdüləziz 1633-cü ildə Cam və 1634-cü ildə isə Fərah hərbi əməliyyatlarında uğur qazanmır. 1634 - 1635-ci ildə Məşhəd altında Məşhəd və Herat hakiminin ordusu birlikdə Əbdüləzizin özbək qoşununu ağır məğlubiyyətə uğratdı. Bu döyüşdə düşmən tərəfdən 3 min döyüşçü öldürüldü və Əbdüləzizin bütün xəzinəsi ələ keçirildi. Əbdüləzizin ələ keçirilmiş sərvəti saraya gətirildi və Rüstəm Məhəmməd xana verildi. Bu hadisə onu Şaha daha da yaxınlaşdırdı.

Xorasanın qərb mahallarının hakimləri təklikdə Əbdüləzizin basqınlarının qarşısını ala bilmirdilər və elə bu səbəbdən də özbəklər həmin məntəqələrə ciddi zərbə vururdular. Yalnız Məşhəd altında birləşmiş Xorasan ordusu ilə döyüşən Əbdüləzizin qoşunu çox böyük tələfata məruz qaldı və bu döyüşdən sonra bir müddət Xorasana hücum edə bilmədi .

Əbdüləziz xan 1645-ci ildə atasından sonra xanlığa yiyələndi. Xanlığı dönəmində Səmərqənd hakimi Yalanqtuş bahadur (1605-1656) böyük hörmətə malik idi. Xan dəfələrlə atasının dostu, Böyük Moğollar imperiyasının hökmdarı Sultan Şahcahana qarşı vuruşmuşdu.

Əbdüləziz xan 1681-ci ildə qardaşı Sübhanqulu xanın xeyrinə taxtdan əl çəkdi.

Ədəbiyyat

  • Алексеев А.К. Политическая история Тукай-Тимуридов: по материалам персидского исторического сочинения Бахр ал-асрар. Спб.: издательство Санкт-Петербургского университета, 2006.
  • История Узбекской ССР. Том 1. Ответственный редактор Я.Г.Гулямов. Ташкент, 1967.
  • История Узбекистана. Т.3. Т.,1993.

Həmçinin bax

  • Buxara xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdüləziz xan haqqında məlumat. Əbdüləziz xan nədir? Əbdüləziz xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Dul

  • Fevral 27, 2026

    Soltan Hacıbəyov

  • Fevral 27, 2026

    Albert Şpeer

  • Fevral 27, 2026

    Con Byufort

  • Fevral 27, 2026

    Bristol Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst