Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi. Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk x

Əbülxeyr xan

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülxeyr xan

Əbülxeyr xan (özb. Abulxayrxon) — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan.

Əbülxeyr xan
özb. Abulxayrxon
Özbək xanlığının I xanı
1428 – 1468
SonrakıYadigar xan
Şəxsi məlumatlar
Doğum tarixi 1411/1412
Vəfat tarixi 1468
Vəfat yeri
  • Cənubi Qazaxıstan, Qazaxıstan
Dəfn yeri Əhməd Yasəvi türbəsi
Fəaliyyəti siyasətçi
Atası Dövlətşeyx sultan
Həyat yoldaşı Rabiyyə Sultan Bəyim
Uşaqları
  • Şeyx Heydər (Özbək xanı),
  • Budaq sultan
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi. Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi.

Hakimiyyəti

Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı. 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi. 1446-cı ildə müasir Özbəkistan torpaqlarını ələ keçirən xan Teymuriləri qovaraq paytaxtını Sığnaqa köçürdü.

Teymurilərlə münasibətlər

Mərkəzi Asiyada öz gücünü möhkəmlədən Əbülxeyrin növbəti hədəfi Teymuriləri sıradan çıxarmaq idi. 1447-ci ildə Səmərqəndə qədər irəliləyən özbəklər şəhəri ələ keçirə bilmədən qayıtmışdılar. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onu Səmərqənddə Teymuri taxtına oturtdu. Mükafat olaraq Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evləndi.

Dövlətin zəifləməsi

1457-ci ildə Uz Temür adlı hökmdarın başçılığı ilə kalmıklar xanlığın torpaqlarına daxil olaraq çoxlu qarətlər törətdi. Dövlətə başqa bir zərbə isə Canıbəy xan və Kerey xanın özbəklərdən ayrılaraq 1465-ci ildə müstəqil Qazax xanlığını yaratması ilə dəydi. Ölümündən öncə son olaraq Teymuri Hüseyn Bayqaranı Əbu Səidə qarşı dəstəkləməyə qərar verdi. Lakin hərəkətə keçə bilmədən 1468-ci ildə 57 yaşında vəfat etdi. Məzarı Əhməd Yasəvi türbəsindədir.

Ailəsi

Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evlənmişdir. Çox güman digər həyat yoldaşları da olub.

Oğulları

  • Şahbudaq sultan
  • Xoca Məhəmməd sultan
  • Əhməd sultan
  • Məhəmməd sultan
  • Şeyx Heydər
  • Səncər sultan
  • İbrahim sultan
  • Köçkünçü xan
  • Suyunçxoca xan
  • Ağburun sultan
  • Seyidbaba sultan

Qızları

  • Zülfcamal xanım
  • Xanzadə bəyim - Əbu Səid ilə evlənmişdi.

Həmçinin bax

  • Əbülxeyr xan (kiçik juz)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülxeyr xan haqqında məlumat. Əbülxeyr xan nədir? Əbülxeyr xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Rene Dekart

  • Fevral 27, 2026

    Əlişah Təbrizi

  • Fevral 23, 2026

    Mitanni

  • Fevral 27, 2026

    Amerikan ingiliscəsi

  • Fevral 25, 2026

    Yekaterinburq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst