Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müə

Əbülfəz Rəcəbli

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülfəz Rəcəbli

Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim.

Əbülfəz Rəcəbli
Əbülfəz Əjdər oğlu Rəcəbli
Əbülfəz Rəcəbli BDU Filologiya, Ümumi dilçilik kafedrasında
Əbülfəz Rəcəbli BDU Filologiya, Ümumi dilçilik kafedrasında
Doğum tarixi 6 may 1936 (89 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahələri türkologiya, Ümumi dilçilik
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20092009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir.

1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir. 1990-cu ildə Orxon-Yenisey abidələri üzrə Almatıda I və 2000-ci ildə İstambulda II beynəlxalq kollekviumda iştirak etmişdir. 46 kitabın və 200-ə qədər məqalənin müəllifidir.

1967-ci ildən Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasında çalışır.

30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb

Elmi yaradıcılığı

Ə.Ə.Rəcəbli elmi yaradıcılığa gec başlamışdır. Namizədlik dissertasiyası Orxon-Yenisey abidələrinin morfologiyasına həsr olunmuşdur. Doktorluq işində Ə.Rəcəbli bu mövzunu daha genişləndirərək və dərinləşdirərək Orxon-Yenisey abidələri dilin feliyaratma problemi araşdırmış, keçmiş SSRİ türkoloqlarının dərin rəğbətini qazanmış bir elmi tədqiqat əsəri ərsəyə gətirməyə nail olmuşdur. Doktorluq dissertasiyasını yazıb bitirdikdən altı il sonra Alma-Atada müdafiə etmişdir.

Prof.Ə.Rəcəbli poliqlot dilçidir. O, bir çox dilləri bilir və elmi araşdırmalarında onlardan səmərəli şəkildə, bacarıqla istifadə edir. Onun elmi maraq dairəsi genişdir. Dilçiliyin bir çox sahələrində dərin məzmunlu, böyük elmi əhəmiyyəti olan araşdırmalar aparmış və aparmaqdadır: ümumi (nəzəri) dilçilik, Azərbaycan, ingilis və talış dillərinin tədqiqi, qədim türk yazısı abidələrinin dili, türkologiya, struktur dilçilik, sosiolinqvistika, tarix, ölkəşünaslıq, beynəlxalq münasibətlər, xarici ədəbiyyat leksikoqrafiya və s.

AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov müəllimi Ə.Rəcəblinin bu fenomenal məhsuldarlığını vurğulayaraq yazır: "Bakı Dövlət Universitetində türk xalqlarının dili, tarixi və ədəbiyyatı, ən azı üç kafedrada öyrənilir. Professor Əbülfəz Rəcəblinin türkologiya üçün gördüyü işlərin miqyası isə onu, obrazlı desək, təkbaşına, dördüncü kafedra saymağa hər cür əsas verir".

Prof. Ə.Rəcəbli hər şeydən əvvəl türkoloq dilçidir. Məlum olduğu kimi, onun namizədlik və doktorluq dissertasiyaları türk xalqlarının müştərək abidəsi olan Orxon-Yenisey kitabələrinin dilinə həsr olunmuşdur. Bu mövzuda onun "Orxon-Yenisey abidələri dilində felin məna növləri" (1982), "Orxon-Yenisey abidələri dilində felin tərzləri" (1988), "Orxon-Yenisey abidələri" (1993) və "Uyğurlar" (1996) adlı kitabları, 50-dən çox məqaləsi nəşr edilmişdir. O, son zamanlar bu problemlə daha ciddi məşğul olur. Son illərdə onun qədim türk xalqlarının dili və tarixinin araşdırılmasına həsr edilmiş altı sanballı kitabı - "Qədim türkcə-azərbaycanca lüğət" (2001), "Göytürk dilinin fonetikası" (2004), "Göytürk dilinin morfologiyası" (2002), "Göytürk dilinin sintaksisi" (2003) və "Ulu türklər" (2003) adlı əsərləri çapdan çıxmışdır.

Müəllif türkoloji ədəbiyyatda dərin kök salmış run/runik abidə, run/runik əlifba terminlərinin işlədilməsinə qarşı çıxır, bu terminlərin əvəzinə göytürk abidələri, göytürk əlifbası terminlərinin işlədilməsini təklif edir. Sonra müəllif göytürk yazısı abidələrinin araşdırılması tarixini nəzərdən keçirir. Ə.Rəcəbli göytürk əlifbası ilə yazılmış kitabələrin lokallaşdırılması məsələlərinə toxunur və S.Q.Klyaştornının ardınca bu abidələri belə lokallaşdırır: 1) Orxon kitabələri, 2) Yenisey kitabələri, 3) Şərqi Türküstan kitabələri, 4) Orta Asiya kitabələri və 5) başqa areallarının abidələri.

Həmçinin bax

Vikianbarda Əbülfəz Rəcəbli ilə əlaqəli mediafayllar var.
  • Əbülfəz Rəcəblinin biblioqrafiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülfəz Rəcəbli haqqında məlumat. Əbülfəz Rəcəbli nədir? Əbülfəz Rəcəbli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alfred Hiçkok

  • Fevral 27, 2026

    Milli Şura

  • Fevral 27, 2026

    Bənd

  • Mart 01, 2026

    Qalanın dibində

  • Fevral 25, 2026

    Neptunium

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst