Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar

Şua Şeyxov

  • Ana Səhifə
  • Vikipediya
  • Şua Şeyxov

Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943).

Şua Şeyxov
Şua Nəsrulla oğlu Şeyxov
Doğum tarixi 7 noyabr 1905(1905-11-07)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 27 yanvar 1970(1970-01-27) (64 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Uşaqları Natəvan Şeyxova, Ramiz Şeyxov
Atası Nəsrulla Şeyxov
Fəaliyyəti teatr rejissoru, kinorejissor, aktyor, ssenarist
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Mündəricat

Həyatı

Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.

Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev[rus.]" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.

Rejissor 1970-ci ildə Bakıda vəfat edib.

Ailəsi

Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943

Teatr səhnəsindəki işləri

Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalar
TamaşaMüəllif
Çətin dərəSəttar Axundov
TərlanCəlal Məmmədov, Mirpaşa Miriyev
Lənkəran xanının vəziriMirzə Fətəli Axundov
Gənc partizanNadejda Filippova
Ardı varBrunşteyn
Füzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar
Eşq və intiqamSüleyman Sani Axundov
TamahkarSüleyman Sani Axundov
Hacı QəmbərNəcəf bəy Vəzirov
AlmazCəfər Cabbarlı
SevilCəfər Cabbarlı

Filmoqrafiya

  • Ordenli Azərbaycan (film, 1938)
  • Xalq şairi (film, 1947)
  • Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
  • Əməyə eşq olsun (film, 1950)
  • Sağlamlığın düşmənləri (film, 1950)
  • Neft kəşfiyyatçıları (film, 1950)
  • Doğma xalqıma (film, 1954)
  • Qabaqcıl sovxozda (film, 1955)
  • O olmasın, bu olsun (film, 1956)
  • Kölgələr sürünür (film, 1958)
  • Qəribə əhvalat (film, 1960)
  • Paltar fabriki (film, 1962)
  • Sabahın xeyir, Bakı! (film, 1964)
  • Xalq istedadları (film, 1967)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şua Şeyxov haqqında məlumat. Şua Şeyxov nədir? Şua Şeyxov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Argiya (okeanida)

  • Mart 01, 2026

    Qonqurtay

  • Fevral 27, 2026

    Ev siçanı

  • Fevral 27, 2026

    Muxas

  • Fevral 27, 2026

    Samir Bağırov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst