Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şuşa həbsxanası — 1848-ci ildə, Çar Rusiyası dövründə Şuşa şəhərində inşa olunmuş cəzaçəkmə müəssisəsi. Xurşidbanu Natəvan tərəfindən tikdirilib. Həbsxana Şuşa

Şuşa həbsxanası

  • Ana Səhifə
  • Vikipediya
  • Şuşa həbsxanası

Şuşa həbsxanası — 1848-ci ildə, Çar Rusiyası dövründə Şuşa şəhərində inşa olunmuş cəzaçəkmə müəssisəsi. Xurşidbanu Natəvan tərəfindən tikdirilib. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.

Şuşa həbsxanası
Şuşa qalası divarlarının Ağoğlan qapısı tərəfdən Şuşa həbsxanasının görünüşü
Şuşa qalası divarlarının Ağoğlan qapısı tərəfdən Şuşa həbsxanasının görünüşü
Xəritə
39°46′01″ şm. e. 46°45′23″ ş. u.HGYO
Yeri Şuşa Şuşa
Açılma tarixi 1848
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana da Ermənistanın nəzarətinə keçmişdir. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qayıtmışdır.

Mündəricat

Tarixi

1848-ci ildə Rusiya İmperiyası dövründə Şuşa şəhərində inşa edilmişdir. Həbsxana Şuşa qalasının aşağı tərəfində, şərq qapısı yaxınlığında tikilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır.

Həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. Sonradan bu say min nəfər məhbusadək artırılıb.

Sovet hakimiyyəti illərində qapalı tipli cəza çəkmə müəssisə kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub.

Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Buna uyğun bəzi kamerada 2, bəzilərində isə 30-40 məhbus saxlanılırdı.

Kişilərlə yanaşı, türmənin qadın məhkumları da olub. Amma onların sayı həmişə az olub.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Burada cinayət aləminin məşhur nüfuzlu nümayəndələri - “Korzubı Vaqif”, “Razboynik Çingiz”, “Malış Söhbət”, Tengiz və "Lotu Hikmət" cəza çəkib.

1992-ci il may ayının 8-i Şuşa şəhərinin işğal gününə qədər türmənin son rəisi Aydın Abbasov olub. O, şəhərin işğalından bir neçə saat əvvəl cəza çəkən 36 azərbaycanlı məhkumu sərbəst buraxaraq onları döyüşə çağırıb. Erməni məhbuslar isə bir müddət öncə Bakıya göndərilib. Azərbaycanlı məhbuslar əllərinə silah alaraq döyüşüblər, onların bir neçəsi fədakarlığına görə sonradan əfv olunub, bəzilərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzası azaldılıb. Döyüşlər zamanı türmənin iki zabiti şəhid olub.

Şəhər işğal edildikdən sonra həbsxana 1995-ci ildən Qondarma Dağlıq Qarabağ Respublikasıda cinayət törədən şəxslərin saxlanıldığı islah-əmək düşərgəsinə çevrilib.

Qondarma Dağlıq Qarabağ Respublikası zamanı həbsxana 3 rejimdə — qapalı, yarımqapalı və açıq fəaliyyət göstərirdi. Qapalı rejimdə cəza çəkənlərin sayı 33 nəfərdən ibarət olduğu bildirilirdi. Yarımqapalı rejimdə 41, açıq rejimdə isə daha 58 nəfər cəza çəkirdi.

Müasir dövr

2020-ci il noyabrın 8-də Şuşa ordumuz tərəfindən azad edilənə qədər həbsxanadakı gizli hücrələrdə azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev də saxlanılırdı. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycan ordusunun əkshücum əməliyyatlarına görə 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparıblar. Onlarla bərabər digər məhbuslarda şəhər azad edilməmişdən öncə Ermənistana aparılıblar.

Həmçinin bax

  • Şuşa qalası
  • Bayıl həbsxanası
  • Qobustan həbsxanası

Ədəbiyyat

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şuşa həbsxanası sözünün mənası, şuşa həbsxanası haqqında məlumat. şuşa həbsxanası nədir? şuşa həbsxanası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İlqar İbrahimoğlu

  • Fevral 27, 2026

    Ağac ördəkləri

  • Fevral 27, 2026

    Mirzəağa Əlizadə

  • Fevral 24, 2026

    Violonçel

  • Fevral 27, 2026

    Braun Universiteti

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst