Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şrek 5 (ing. Shrek 5) — Amerika istehsalı, DreamWorks Animation tərəfindən hazırlanan və Universal Pictures tərəfindən yayımlanacaq animasiya, fantastika və kom

Şrek 5

  • Ana Səhifə
  • Vikipediya
  • Şrek 5

Şrek 5 (ing. Shrek 5) — Amerika istehsalı, DreamWorks Animation tərəfindən hazırlanan və Universal Pictures tərəfindən yayımlanacaq animasiya, fantastika və komediya janrlı cizgi filmidir. Vilyam Steyqin 1990-cı ildə nəşr olunmuş Şrek! adlı kitabına əsaslanan bu film, "Əbədi Şrek" (2010) filminin davamıdır və Şrek franşizasının beşinci əsas, ümumilikdə isə yeddinci cizgi filmidir. Filmin rejissorları Valt Dorn və Konrad Vernondur, ssenari həmmüəllifi isə Brad Ablesondur. Filmin ssenari müəllifi Maykl Makkallersdir. Prodüserləri isə Illumination şirkətinin icraçı direktoru Kris Meledandri və Gina Şaydır. Filmin əsas personajlarını əvvəlki aktyorlar səsləndirəcək. Mayk Mayers (Şrek), Eddi Mörfi (Eşşək) və Kameron Diaz (Şahzadə Fiona) rollarını yenidən səsləndirəcək. Bundan əlavə, məşhur aktrisa Zendaya da filmin heyətinə qoşulacaq.

Şrek 5
ing. Shrek 5
Janr animasiya
Növü Animasiya
Fəntəzi
Macəra
Komediya
Romantik komediya
Rejissorlar Valt Dorn
Konrad Vernon
Prodüserlər Kris Meledandri
Gina Şay
Ssenari müəllifi Maykl Makkallers
Rolları səsləndirənlər Mayk Mayers
Eddi Mörfi
Kameron Diaz
Antonio Banderas
Zendaya
Bəstəkar
  • bilinmir
Ölkə ABŞ ABŞ
Studiya DreamWorks Animation
Distribüsiya Universal Pictures
İl 30 iyun 2027
Dil ingilis dili
Əvvəlki Əbədi Şrek
IMDb ID6113186
Rəsmi saytı

Şrek 5 ilk dəfə Şrek 2 (2004) filminin buraxılışından sonra planlaşdırılmış və 2013-cü ildə nümayişi nəzərdə tutulmuşdu. Lakin DreamWorks Animation-ın keçmiş icraçı direktoru Ceffri Katzenberq franşizanı dördüncü filmlə tamamlamalı olduqlarını düşündüyü üçün bu planlar ləğv edildi. 2014-cü ildə layihə yenidən aktivləşdirildi və 2016-cı ildə Universal Pictures filmi rəsmi olaraq təsdiqlədi.

Şrek 5-in ABŞ kinoteatrlarında 30 iyun 2027-ci ildə nümayişi planlaşdırılır.

Səsləndirən aktyorlar

  • Mayk Mayers Şrek rolunda
  • Eddi Mörfi Eşşək rolunda
  • Kameron Diaz Şahzadə Fiona rolunda
  • Zendaya Şrek və Fiona'nın qızı rolunda


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şrek 5 sözünün mənası, şrek 5 haqqında məlumat. şrek 5 nədir? şrek 5 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Plitələrin tektonikası

  • Fevral 27, 2026

    Qurban

  • Fevral 25, 2026

    Miqrasiya

  • Fevral 27, 2026

    Qara küknar

  • Fevral 27, 2026

    Onurğa

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst