Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəblər ilk dəfə Qafqaza eramızın VIII əsrində müsəlman işğalı zamanında peyda olmuşdular. IX əsrdən başlarayaq Ərəb Xilafətinin süqutu nəticəsində burada bir s

Şirvan ərəbləri

  • Ana Səhifə
  • Vikipediya
  • Şirvan ərəbləri

Ərəblər ilk dəfə Qafqaza eramızın VIII əsrində müsəlman işğalı zamanında peyda olmuşdular. IX əsrdən başlarayaq Ərəb Xilafətinin süqutu nəticəsində burada bir sıra ərəb sülalələrinin başçılıq etdiyi dövlətlər yaranmışdır. Onlardan ən güclüsü Məzyədilər sülaləsinin hökmdarlıq etdiyi Şirvanşahlar dövləti olmuşdur. Şirvanşahlar öz hakimiyyətini qısa zamanda bütün cənub-şərqi Qafqaza, o cümlədən Dərbənd əmirliyinə də yaymışdılar. Lakin qonşu əmirliklər müxtəlif imperiyaların tabeliyinə düşdükcə Şirvan get-gedə ərəb aləmindən həm coğrafi, həm də mədəni baxımdan ayrı düşürdü. Farslaşma prosesi nəticəsində Məzyədiləri XI əsrdə əvəz etmiş Kəsranilər sülaləsinə aid olan şirvanşahlar ərəb əsilli olduqlarına baxmayaraq, artıq ərəb yox, fars adlarını (Mənuçöhr, Qubad, Fəribürz) daşıyırdılar və sarayda ərəb dilinin yerinə fars dilində danışmağı üstün tuturdular. Fars dilinin iri şəhərlərdə geniş yayılmasına baxmayaraq, əyalətdə hələ də yerli arran dili danışılırdı. Özlərini daha da möhkəm bərqərar etmək niyyətində Kəsranilər hətta qədim fars şahları nəslindən olduqlarını iddia edirdilər, lakin Minoskinin fikrincə şirvanşahların Sasani dövründən qalmış yerli əsilzadə ailələrlə qaynayıb qarışmasını istisna etmək olmaz. XVII əsrdə yerli oğuz türk dili artıq bütün bölgədə gündəlik ünsiyyət, ticarət və xalqlararası dil olaraq yayılmışdır.

Ərəb köçü orta əsrlərdə də davam etmişdir. Köçəri ərəb tayfaları kiçik sayda Qafqaza dalğaşəkilli halda daxil olub burada assimilyasiyaya uğramışdılar. 1728-ci ildə İvan Gerber adlı rus zabiti bir qrup sünni ərəb tayfasının Muğan düzündə yerli əhalidən qışlaq icarəyə almasını qeyd etmişdir. Bu qrup köçəri ərəblərin ilk dəfə Qafqaza XVI–XVII əsrdə gəlməsi ehtimal olunur. 1888-ci ildə kiçik qrup ərəb hələ də Bakı quberniyasında yaşamaqda idi.

Dil

Öz hesabatında Gerber qeyd etmişdir ki, Muğanda qış aylarında məskunlaşan köçəri ərəblər "qarışıq türk-ərəb dilində" danışırdılar. 1840-cı ildə Abbasqulu ağa Bakıxanov Şirvan ərəbləri arasında ərəb ləhcəsinin hələ də danışmaqda, amma getdikcə tərk olunmaqda olduğunu qeyd etmişdir. Ərəb dilinin Şirvan ləhcəsi ana dili olaraq Azərbaycanda XIX əsrin axırına, Dağıstanda isə 1930-cu illərə qədər işlənilirdi (ən sonda yalnız Tabasaran rayonunun Dərvaq kəndində). 1897-ci il çar rus əhali qeydiyyatı Azərbaycanda heç bir, Dağıstanda isə 912 ana dili ərəb dili olan insan qeydə almışdır. Daha sonra ərəbdilli əhali Dağıstanda da azərbaycanlaşmış, Azərbaycan dilini ana dili kimi, etnik mənsubiyyətini də azərbaycanlı kimi qəbul etməyə başlamışdır. Buna baxmayaraq, klassik ərəb dili Dağıstanda əsrlər boyu tədris, rəsmi əlaqə və mədəniyyət dili statusunu qoruyub saxlamışdır. 1920-ci ildən 1923-cü ilə qədər Dağıstanın orta məktəblərində dərslər ərəb dilində keçirilirdi.

Hal-hazırda Azərbaycan və Dağıstan ərazisində yerləşən onlarla kənd və qəsəbə adı ərəblərin burada bir vaxt yaşamasını əks etdirir: Ərəblər (Bərdə, Şabran və Dərbənd rayonlarında), Ərəbqədim (Qobustan və Şamaxı rayonlarında), Ərəbyengicə, Ərəbuşağı, Çöl Ərəb və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şirvan ərəbləri sözünün mənası, şirvan ərəbləri haqqında məlumat. şirvan ərəbləri nədir? şirvan ərəbləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Filip Miller

  • Fevral 27, 2026

    Ərvənəq mahalı

  • Fevral 27, 2026

    Larisa (şəhər)

  • Fevral 26, 2026

    İslam esxatologiyası

  • Fevral 27, 2026

    Yeniyetmə

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst