Şandun yarımadası (çin. 山東半島) — Çinin şərqində, Sarı dəniz və Bohai körfəzi daxilinə istiqamətlənir. 1282-ci ildən şimal və cənub çay yollarının birləşməsindən sonra faktiki olaraq adaya çevrilmişdir.
| Şandun yarımadası | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 35 000 km² |
| Yerləşməsi | |
| 37°00′ şm. e. 121°30′ ş. u.HGYO | |
| Akvatoriya | Sarı dəniz |
| Ölkə | |
![]() Şandun yarımadası | |
Coğrafiyası
Relyefi əsasən təpəlikdir. Burada qranit təbəqəsi səthə çıxır. Qranit təbəqəsinin maksimal hündürlüyü 180 metrdir. Yarımadanın maksimal hündürlüyü isə 1 132 metrə çatır.
İqtisadiyyat
Ərazisində kiçik sahələrdə olsa belə alma, üzüm, armud, çay və s. yetişdirilir. Yarımada dəmir, maqnezit və qızıl ilə zəngindir.
Sahillərində Çinin mühüm limanları yerləşir. Onlar arasında yarımadanın cənub-şərqində yerləşən və bölgənin əsas limanı və sənaye mərkəzi Sindao qərarlaşır. Burada tekstil, yeyinti, maşınqayırma, texniki və elektroenergetika sahələri inkişaf etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şandun yarımadası sözünün mənası, şandun yarımadası haqqında məlumat. şandun yarımadası nədir? şandun yarımadası nə deməkdir?

