Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamxat (akkad. 𒊩𒌑𒉺) — Gilqameş dastanının personajı. O, I və II lövhələrdə rol oynayır və VII lövhədə adı çəkilir.

Şamxat

  • Ana Səhifə
  • Vikipediya
  • Şamxat

Şamxat (akkad. 𒊩𒌑𒉺) — Gilqameş dastanının personajı. O, I və II lövhələrdə rol oynayır və VII lövhədə adı çəkilir.

Şamxat
akkad. 𒊩𒌑𒉺
Məlumat
Cinsi qadın[d]
Peşə harimtu, İştar rəhibəsi
Əlaqələri Enkidu, Gilqameş

Uruk şəhərinin məbəd fahişəsi olaraq, Şamxat dastanın başlanğıcında vacib rol oynayır. O, İştar tarnıçasının rəhibəsidir.

Mündəricat

Etimologiya

Şamxat sözü babilcədəki "šamāhu", yəni "çiçəklənmək" felindən gəlir. Mətndəki Şamxat üçün işlənilən "harimtu" sözünü adətən ingilis dilinə "fahişə" (ing. harlot/whore) kimi tərcümə edirlər. Halbuki, onun dəqiq mənası mübahisəlidir. Məsələn, bəzilərin fikrinə görə, bu söz tənqidi deyildi. Feminist tarixçi Gerda Lerner isə iddia edir ki, "harmitu" cəmiyyətin qəbul etdiyi bir hissəsi idi.

Dastanda

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Enkidu tanrılar tərəfindən Kral Gilqameşə qarşı göndərilən vəhşi insandır. I lövhədə Şamxatın rolu Enkidunun əhliləşdirilməsidir. Şamxat məbəd fahişəsidir (mətndə "harimtu" sözü işlənilir). Gilqameş Enkidunu cəzb etmək üçün bir ovçudan Şamxatı gətirməyə deyir.

Bundan sonra, mətnin versiyaları fərqlənir. Dastanın daha çox tanınan versiyalarında Şamxat və Enkidu arasında seks 6 gün və 7 gecə ərzində baş verir. Lakin yeni tapıntılar (2015-ci ildə aşkar olunub, 2018-ci ildə isə tərcümə olunub) onu göstərir ki, əvvəl bir səhnənin iki versiyası kimi tanınan mətnin hissələri əslində iki ayrı səhnə idi. Yəni, birinci həftədən sonra Şamxat Enkidunu Uruk şəhərinə dəvət edir. Bundan sonra onlar arasında daha bir həftə ərzində seks olur və Şamxat yenə də Enkidunu Uruka dəvət edir.

II lövhədə Şamxat öz paltarının bir hissəsini Enkidunun üstünə geydirir və onlar birlikdə Uruka üz tuturlar. Enkiduya yemək veriləndə, Şamxat onu yeməyə həvəsləndirir. Bundan sonra, Enkidu yolda toya gedən adamı görəndə, Şamxatdan onun kim olduğunu və hara getdiyini bilmək istəyir.

Əhəmiyyəti

Şamxat Enkidunu həm cinsi yolla, həm də ona geyim verərək və ona insan yeməkləri və içkiləri yeyib-içmək öyrədərək, onu heyvanların arasındakı həyatından ayırır və sivilizasiyaya gətirir. Buna görə Həvva Şamxat ilə müqayisə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamxat haqqında məlumat. Şamxat nədir? Şamxat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Baba

  • Fevral 27, 2026

    Zəndlər sülaləsi

  • Fevral 27, 2026

    Magistr

  • Fevral 27, 2026

    Poçt

  • Fevral 27, 2026

    Bayrampaşa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst