Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi.

Şair Ağacan

  • Ana Səhifə
  • Vikipediya
  • Şair Ağacan

Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi.

Şair Ağacan
Doğum tarixi 1886(1886)
Doğum yeri
  • Qaraisa, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1951(1951) (64–65 yaşında)
Vəfat yeri
  • Tomsk vilayəti, RSFSR, SSRİ
Dəfn yeri
  • Qaçağan
Fəaliyyəti şair
Vikimənbənin loqosu Şair Ağacan Vikimənbədə

Həyatı

Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar. Evini su basdığını və kənd mollalarının ona qarşı çıxdıqlarını başa düşən Ağacan oradan qonşu Qaçağan kəndinə köçməli olur. Bu vaxtlarda o şeir yaradıcılığı ilə daha çox məşğul olmağa başlayır.

Səbəbi hələ də düz-əməlli bəlli olmayan hadisələrlə əlaqədar 1949-cu ildə Ağacan ailəsi ilə birlikdə Sibirə, Tomsk vilayətinə sürgün edilir. İki ildən sonra, 1951-ci ildə orada vəfat edir. Həyat yoldaşı Zəhra sürgündən dönəndə xəlvətcə Ağacanın sümüklərini məzardan çıxardaraq özü ilə bərabər Borçalıya-Qaçağana gətiriir, illərlə bu sirri heç kimə açmır və sümükləri gəlinlik sandığında saxlayır. 1958-ci ildə, şairin oğlu Ənvər vəfat edir. Yas mərasimində evdə qənd axtarılan zaman Zəhranın Sibirdən gətirdiyi Ağacanın sümükləri bir bağlamada ortaya çıxır. Artıq sirrin açıldığını görən Zəhra hər şeyi etiraf edir və Ağacanın sümüklərini oğlu Ənvərin cənazəsi ilə eyni gündə Qaçağan kənd qəbristanlığında dəfn etdirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şair ağacan sözünün mənası, şair ağacan haqqında məlumat. şair ağacan nədir? şair ağacan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Recco Kalabriya

  • Fevral 26, 2026

    Loru-Pəmbək qəzası

  • Mart 06, 2026

    Rasim Cabbarov

  • Fevral 27, 2026

    Abidos

  • Fevral 25, 2026

    Enola Gay

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst