Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rasim Baba oğlu Cabbarov (06 oktyabr, 1969) — fizika elmləri doktoru, dosent, AMEA-nın fizika İnstitutunun əməkdaşı.

Rasim Cabbarov

  • Ana Səhifə
  • Vikipediya
  • Rasim Cabbarov

Rasim Baba oğlu Cabbarov (06 oktyabr, 1969) — fizika elmləri doktoru, dosent, AMEA-nın fizika İnstitutunun əməkdaşı.

Rasim Cabbarov
Rasim Baba oğlu Cabbarov
Doğum tarixi 6 oktyabr 1969 (56 yaş)
Doğum yeri Masallı r. Ərkivan kəndi
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Baba Cabbarov
Elm sahələri Yarımkeçiricilər və dielektrikler fizikası
Elmi dərəcəsi Dosent
Elmi adı fizika elmləri doktoru
İş yerləri AMEA, Fizika İnstitutu
Alma-mater Bakı Dövlət Universiteti
Tanınmış yetirmələri Gulnaz Qəhəmanova, Teymur Orucov, Samirə Məmmədova, Çıngiz Sultanov, Rövşən Həsənov

Mündəricat

Həyatı

1969-cu il, oktyabrın 6-da Masallı rayon Ərkivan kəndində anadan olmuş, 1987-ci ildə kənd orta məktəbi bitirdikdən sonra elə həmin il, M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1993-cü ildə oranı "fizik və fizikşünas" ixtisası üzrə bitirmişdir. 1988–1989 il ərzində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Təhsili

İnistutu bitirdikdən sonra, 1993-cü ildə AMEA Fizika İnstitunda "Yarımkeçiricilər fizikası" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş və 1996-ci ildə aspiranturanı bitirərək, institutun "yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri" laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətimə başlamışdır. 1996-cu ildə böyük elmi işçi, 2003-cu ildə isə aparıcı elmi işçi vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Fizika institinun bionanostrukturlar fizikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır.

1996-cu ildə, Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və 1996-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülmüşdür. 2006-ci il Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adına layıq görülmüşdür. 2007-ci il Fizika İnstitunun ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiya müdafiə etmiş və 2008-ci il Ali Attestasiya Komissiyası tərəfindən fizika-riyaziyyat elmlər doktoru elmi adına layiq görülmüşdür.

R.Cabbarov yarımkeçiriciler fizikası və bərk cisim elektronikası sahəsinin inkişafında хidmətləri olan və bu elmi istiqaməti tədqiqatları ilə zənginləşdirən tanınmış fizik alim və mütəхəssisdir. Innovativ GaN tipli çoxqat kvant çuxurlarının alınma texnologiyası və onlar əsasında fosfor çevirici ağ LED işıqlarının yaradılması və inkişaf etdirilməsi, onların işıq parametirlərin artırılması istiqamətində apardığı elmi araşdırmaların nəticələri nüfuzlu xarici elmi jurnallarda dərc olunmuşdur. Vizualizasiya və işıqlanmada istifadə üçün lüminofor materialların alınması, optik xassələrinin tədqiqi və lüminofor materialların telekommunikasiyada və ümumi işıqlanmada tətbiqləri istiqamətində ixtisaslaşmış mütəxəsisdir. Nadir-torpaq ionlarının şüalanma keçidlərinin spektroskopiyasının tədqiqi, şüalanma keçidlərinin müxtəlifliyi hesabına lüminofor materiallarda şüalanmanın rəngini və enerjinin çevrilmə effektivliyinin dəyişməsi mümkünlüyü onun tədqiqatlarında layiqincə öyrənilmişdir. Karbon nanoborularının (bir və çoxdivarlı) Neft məhsullarından alınması, xassələrinin tədqiqi və onların Polimer nanokompozit texnologiyasında tətbiqi sahəsində cox böyük uğurlar əldə etmişdir. R.B.Cabbarovun əsərlərinə хarici və ölkə alimlərinin monoqrafiya və elmi məqalələrində çoх sayda istinadlar vardır. R.B.Cabbarovun rəhbərliyi altında 3 namizədlik dissertasiyası yerinə yetirilib müvəffəqiyyətlə müdafiə olunmuşdur. Müntəzəm olaraq Beynəlxalq və Respublika elmi konfranslarda məruzə ilə iştirak edir.

Beynəlxalq əməkdaşlıq

Rasim Cabbarov Fransanin P.və M. Küri Universitetində bir neçə il çalışmış və bu günə qədər də elmi əməkdaşlığı davam etdirir. Almaniyanın Ulm Universitetinin Optoelektronika İnstitutunda çalışmış, Türkiyənin qazi Universiteti Fotonik Araşdırma mərkəzi ilə birgə elmi layihələr yerinə yetirmişdir. 2002 ci ildən bir cox beynəlxalq fərdi və kollektiv qrant layihələrin qalibi olmuş və uğurla tamamlamışdır.

  • Fellowships NATO Science programme (Laboratoire D’Optique des solides,CNRS Universite P. et M. Curie, Paris, France) 2002–2003
  • NATO Science Programme "Cooperative Science and Technology Sub-Programme, COLLABORATIVE LINKAGE GRANT Nr.979350, 2003–2004
  • INTAS Fellowship Grant for Young Scientist INTAS Ref.Nr.03–55-1051 2003–2005
  • INTAS Collaborative Call 2006, INTAS Ref. Nr. 06–1000017-8536, 2006–2008
  • NATO Collaborative Linkage Grant CLG 982989, 2007–2009
  • CNRS/ANAS (France-Azerbaijan) project "Solid-state lighting for general illumination" 2010–2011
  • Azərbaycan respublikası dövlət neft şirkətinin elm fondu layihə müsabiqəsi. "Karbon nanoborularının Neft məhsullarından alınması və onların Polimer nanokompozit texnologiyasında tətbiqi" 2014–2016
  • "Germanium based sensors and infrared light emitting diodes for the integration with silicon platform" (Italy-Azerbaijan)- bilateral project.

Elmi yaradıcılığı

  • Müyyən edilmişdir ki, II-III-VI:Eu2+ (II-Ca, Sr, Ba; III-Ga, Al; VI-S,O) tipli fosfor birləşmələr mavi işıqla effektiv olaraq həyəcanlanırıar ki, bunlarda ağ rəngli fosfor çevirici LED- işıqlarının alınmasında geniş istifadə olunurlar.
  • Nadir-torpaq ionlarının şüalanma keçidlərinin müxtəlifliyi hesabına lüminofor materiallarda şüalanmanın rəngini və enerjinin çevrilmə effektivliyinin dəyişməsi və bunlar əsasında qeyri üzvü elektrolüminessensiya displeylərinin yaradılması mümkünlüyü göstərilmişdir.
  • GaN-əsaslı LED kvant strukturlarında möcud olan yaşıl oblast (green gap) probleminin həlli istiqamətində çoxqat kvant çuxurlarının yetişdirilməsində semipolar istiqamətinin secilməsi ilə şüalanma intensivliyinin dəfələrlə artmasına nail olunmuşdur.
  • İnnovativ həllər hesabına yaradılmış LED fosfor çevirici ağ işıq və İmpuls çeviricisi (Driver-Intellegent and Isolated Power Supply) ən son Chip on Board (lövhə üzərində çip) texnologiyası əsasında yaradılmış, elektro optik parametrləri (Lumen effektivliyi: 120 Lm/Vt, rəng koordinatları: x=0.3580, y=0.400, korrelyasiya rəng temperaturu CCT=4755 K) təyin edilmiş, küçə və prospektlərdə həmçinin Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, sahil postlarında işıqla siqnal mübadiləsinin aparılması üçün istifadəyə tam yararlı olduğu təsdiqlənmişdir. Yaradılan prototiplərin (100Vt-lıq) Bakı şəhərində küçə və prospektlərdə işıqlanma sistemlərində hazirda istifadə olunan (250–400Vt-lıq) ənənəvi lampaların işıq korpuslarını dəyişdirmədən əvəzlənməsi pilot layihələrlə təsdiqini tapmışdır.
  • Neft tullantılarında Bir və coxdivarlı Karbon nanoboruları A- CVD texnologiyası əsasında alınmış, polimer/nanokompozitlər innovativ materiallar alınmışdır.
  • Su hövzələrinin səthindən neft təbəqələrinin təmizlənməsi üçün Yeni Adsorbent material- KNB- əsaslı qranulşəkilli və süngər tipli hidrofob absorbentlər alınmışdır.
  • Karbon nanoboru əsasında Radio-uducu (antiradar) örtük materialı alınmışdır ki, bunlarda hərbi sənayedə istifadə üçün çox boyük prespektivlər kəsb edir.

Elmi əsərləri

  • R.Jabbarov et.al. J. Phys.: Condens. Matter 2002, 14, pp.13693–13703.
  • R.Jabbarov et.al. Journal of the Electrochem. Society. 2003, 150 (1), p. G62-G-65.
  • R.Jabbarov et.al. J. of Physics and Chemistry of Solids. 2005, v. 66, Issue 6, p.1049–1056.
  • R.Jabbarov et.al. J. of the Electrochem. Society, 2006, 153(3), G253-G258.
  • R.Jabbarov et.al. Phys. Stat. Sol.(a), 2009, N.2, 287–292.
  • R.Jabbarov et.al. J. of Advances in Physics, 2015, Vol. 11, No. 4, pp.3229–3240
  • R.Jabbarov et.al. Advances in Materials Physics and Chemistry, 2016, 6, 105–112
  • R.Jabbarov et.al. Journal of Spectroscopy, Volume 2015, Article ID 541958, 12 pages
  • R.Jabbarov et.al. Applied Surface Science 360 , 2016, 157–163

Elmi-təşkilati fəaliyyəti

  • Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın fizika və astronomiya elmləri üzrə ekspert şurasının sədridir.
  • Azərbaycan Respublikasındakı Nanotexnologiyalar üzrə elmi şuranın elmi katibidir.
  • “History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.

Həmçinin bax

  • AMEA
  • Fizika İnstitutu
  • "History of Science" jurnalı
  • Ələddin Məlikov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rasim cabbarov sözünün mənası, rasim cabbarov haqqında məlumat. rasim cabbarov nədir? rasim cabbarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Armadillər

  • Fevral 27, 2026

    Adigen bələdiyyəsi

  • Fevral 27, 2026

    Ənfal surəsi

  • Mart 06, 2026

    Progesteron

  • Fevral 23, 2026

    Vyetnam

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst