Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Süleyman (1615 və ya 1613, İstanbul, Osmanlı imperiyası – 8 avqust 1635 və ya 27 iyul 1635, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmə

Şahzadə Süleyman

  • Ana Səhifə
  • Vikipediya
  • Şahzadə Süleyman

Şahzadə Süleyman (1615 və ya 1613, İstanbul, Osmanlı imperiyası – 8 avqust 1635 və ya 27 iyul 1635, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu.

Şahzadə Süleyman
Şəxsi məlumatlar
Doğum tarixi 1615(1615) və ya 1613(1613)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 8 avqust 1635(1635-08-08) (19–22 yaşında) və ya 27 iyul 1635(1635-07-27) (19–22 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Sultan Əhməd türbəsi
Atası I Əhməd
Anası Mahfiruzə Xədicə Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

Şahzadə Süleyman 1615-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Bəyazid, Qasım və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü.

Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Süleyman, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Süleyman qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Bəyazidlə birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu. Sədarət naibi Bayram Paşa və bostancıbaşı tərəfindən həyata keçirilən bu edam şəhərdə davam edən şənliklər əsnasında baş tutdu. Saraydan gizlicə çıxarılan cənazələri ataları Sultan Əhmədin türbəsinə dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahzadə Süleyman haqqında məlumat. Şahzadə Süleyman nədir? Şahzadə Süleyman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aratika

  • Fevral 27, 2026

    Pilsudskilər

  • Fevral 27, 2026

    Xora

  • Fevral 27, 2026

    Məsud Əlioğlu

  • Fevral 27, 2026

    Rafael Allahverdiyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst