Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi.
| Rafael Allahverdiyev | |
|---|---|
| |
| 12 noyabr 1995 – 2004 | |
| Seçki dairəsi | 1995, 2000 — 25 saylı Nərimanov ikinci |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | vəzifə ləğv edildi |
Yeni Azərbaycan Partiyasının sədr müavini | |
| 21 noyabr 1992 – 21 noyabr 2001 | |
| Sədr | Heydər Əliyev |
| 3 iyul 1993 – 16 oktyabr 2000 | |
| Əvvəlki | Rauf Gülməmmədov |
| Sonrakı | Hacıbala Abutalıbov |
| 1985 – 1990 | |
| Seçki dairəsi | 46 nömrəli Çapayev |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | vəzifə ləğv edildi |
| 1983 – 1988 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 may 1945 |
| Doğum yeri | |
| Vəfat tarixi | 11 yanvar 2009 (63 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | beyin xərçəngi[d] |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Həyatı
1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir.
İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var.
2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib.
Siyasi fəaliyyəti
1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. Yeni Azərbaycan Partiyasının qurucularındandır.
1993–2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyası sədrinin müavini olmuşdur. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü olmuşdur.
O, 2004-cü ildə İsveçrəyə mühacirət edərək deputat mandatından imtina etmişdir. Elə həmin il o Yeni Azərbaycan Partiyası üzvlüyündən çıxarılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafael Allahverdiyev haqqında məlumat. Rafael Allahverdiyev nədir? Rafael Allahverdiyev nə deməkdir?
