Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahi — 1452-ci ildə Osmanlı İmperiyası dövründə düzəldilib istifadə edilmiş xüsusi bir müharibə topudur. İstanbulun fəthində istifadə edilmişdir.

Şahi (silah)

  • Ana Səhifə
  • Vikipediya
  • Şahi (silah)

Şahi — 1452-ci ildə Osmanlı İmperiyası dövründə düzəldilib istifadə edilmiş xüsusi bir müharibə topudur. İstanbulun fəthində istifadə edilmişdir.

Şahi
İstehsal tarixçəsi
Yaranma tarixi XV əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Topun düzəldilməsi üç ay çəkmiş, sxemini Fateh Sultan Mehmetin başçılığı ilə Türk mühəndisləri hazırlamışdılar. Topun düzəldilməsində bizanslıların daha əvvəl deportasiya etdiyi Macar Urban adlı bir tökməçi, Memar Muslihiddin Ağa və Saruca Paşa birlikdə çalışmışdılar. Daha bir köməkçi usta kimi Genuyalı Donur Usta adlı birindən də bəhs edilir.

Bundan başqa bir rəvayətə görə də Macar Urban deportasiya edilməmiş, Bizans zindanından qazmaçılar tərəfindən qaçırılmışdır. Urbanın tökdüyü top və digər toplar 1452-ci ilin yanvar ayının sonlarında Ədirnədən yola çıxarılmış və ancaq iki ay sonra İstanbul önlərinə gətirilmişdi. Böyük topun qarşısında Kraç Bəy komandasında 10 min akıncı süvaridən ibarət bir qoşun gedirdi. Topu 30, bəzilərinə görə 50 və ya 60 cüt öküz müşkülatla çəkirdi. Ədirnədə sınaq döyüntülərinin keçiriləcəyi ərəfədə Fateh Sultan Mehmet carçılar göndərərək xalqı xəbərdarlıq etmiş, olacaq gurultu haqqında xəbər vermişdir.

Fateh Sultan Mehmetin İstanbulu almaq üçün tökdürdüyü böyük top "Şahi" adını daşıyır. Bu topun lüləsi 91.5 sm-dir. 680 kiloqram ağırlığındakı mərminin mənzili 1200 metrdir. Osmanlı ordusunda daha sonra istifadə edilən böyük toplara da Şahi adı verilmişdir.

1464-cü ildə Fateh Sultan Mehmet toplardan qırx iki dənəsini Dardanel boğazının müdafiəsi üçün Dardanel boğazına göndərib. Əsrlərlə istifadə edilmədən qalan toplar 1807-ci ildə İngilis donanmasına qarşı istifadə edilmiş və gözlənilənin əksinə, qüsursuz işləyən toplar bir İngilis gəmisini vurmuş və 60 dənizçini məhv etmişdir. Bir dənəsi İngiltərədə, bir digəri də İtaliyadadır. Hal-hazırda Fateh dövründən 6 dənə top qalmışdır. Digər toplar isə hərbi muzey bağçasında yerləşir və bunların miqyası daha kiçikdir. Topların ən böyüyü olan və İstanbulda, Boğazlarda istifadə edilən "Şahi" bu gün Böyük Britaniyadadır. Fatehin toplarından biri Krım müharibəsi zamanı Dardaneldə idi. İngilis generalı Ser Con Lafroyun intensiv cəhdləri və bir çox müraciətlərindən sonra 1868-ci ildə Sultan Əbdüləziz dövründə İngiltərə Kraliçası Viktoriyaya hədiyyə edilmiş və London qülləsinin həyətində nümayişə qoyulmuşdur. Bu gün kral silah Kolleksiyanın bir hissəsi olan top Portsmut şəhərində Fort Nelson top sərgisində nümayiş etdirilir.

Texniki göstəriciləri

Uzunluğu 5,5 metr, xarici ətrafı 2 metr 74 sm (9 ayaq), yarı diametri 92 sm (kutru 3 ayaq) çəkisi 18 tona qədərdir. Top 544 kq (1200 girvənkəsi) bəzilərinə görə də 680 kq (1500 girvənkəsi) mərmilər atır, bu mərmilər 1,883 mt (1 mil) məsafəyə qədər gedərək 1 metr 83 sm (6 ayaq) dərinliyində torpağa girirdi. Topun səsi 24 km (13 mil) məsafədən eşidilirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahi (silah) haqqında məlumat. Şahi (silah) nədir? Şahi (silah) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amadori qruplaşması

  • Fevral 27, 2026

    Çinovnik

  • Fevral 27, 2026

    Vitni dağı

  • Fevral 27, 2026

    Xristian simvolikası

  • Fevral 27, 2026

    Vilyam Katonivere

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst