Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ild

Şərf

  • Ana Səhifə
  • Vikipediya
  • Şərf

Şərf — geyim növü və aksessuarı

Şərflər

Mündəricat

Tarixçə

Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar.

Müxtəlif mədəniyyətlərdə

Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.

Roma imperiyası dövründə bir zamanlar “ipək şərf” dövrü olmuşdur. O zamanlar ipək şərfdan sosial status kimi istifadə olunurmuş və şərfı boyunlarına, ya da bellərinə bağlayırmışlar.

Qədim Roma da isə şarfdan - məşqlər zamanı boyun-boğazlarının, üzlərinin tərini silmək üçün istifadə edirdilər. Qədim romalılar şarfı ya bellərinə bağlayar, ya da çiyinlərindən asarmışlar.

XVII əsrdə Avropaya nifrət edən muzdlu xorvat döyüşçüləri öz məharətlərini nümayiş etdirmək və döyüş zamanı digərlərindən seçilmək üçün boyunlarına şarf dolayırdılar. Tarixi məlumatlara əsasən, elə həmin dövrlərdə - yəni, XVII əsrdə Napoleon Bonapart daim boynuna ipəkdən toxunmuş Hindistan şarfı bağlayarmış. Məşhur alman bəstəkarı Lüdviq van Bethoven də daim boynunda ipək şarf gəzdirərmiş.

2004-cü il futbol üzrə Avropa çempionatında portuqal azərkeşlərin keçirdiyi şərf şousu

XVII əsrin sonlarında xorvat döyüşçüləri Parisə daxil olarkən, öz qələbələrini bildirmək üçün parlaq rəngli şarflardan bir aksessuar kimi istifadə etmişlər. Bunu görən kral XIV Lüdovik həmin an əmr verir ki, sarayında yeni vəzifə yaradılsın. Bu vəzifəyə təyin olunan şəxs isə yalnız kral üçün şərflar almalı və şərflərə qulluq etməli imiş.

Fransa inqilabı zamanı XVIII əsrdə “incroyables” adlı şərflərdan kütləvi surətdə istifadə olunurmuş. Bu şərflar ölçüsünə görə çox iri idi və xüsusi toxunma texnikası vardı.

Qadağalar

Tarixdə şərflərə əks münasibətdə olanlar da olmuşdur. Məsələn: Rus imperatoru I Pavelin, ümumiyyətlə, şərfdən zəhləsi gedirmiş və imperator olduğu illərdə şərfdan istifadəyə qəti qadağalar qoyubmuş. Paradoksal olan bir şey də budur ki, imperator I Pavel bir zabit tərəfindən elə şarfla boğularaq qətlə yetirilmişdir.

Müasir dövrdə

XIX – XX əsrlərdə ipək şarfların populyarlığı sürətlə artmışdır. Artıq ipək şarflardan tək statuslular deyil, əksəriyyət istifadə edirdi. Hal-hazırda şarflar həm kişi, həm qadınlar tərəfindən istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şərf haqqında məlumat. Şərf nədir? Şərf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malaqasi dili

  • Fevral 24, 2026

    Farsca

  • Fevral 20, 2026

    Məlumat

  • Fevral 27, 2026

    Bolivar (departament)

  • Fevral 27, 2026

    Xeybər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst