Zülqədərovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
| Zülqədərovlar | |
|---|---|
| Titul | Bəy |
| Əcdadı | Zülqədər |
| Təbəəliyi | |
Genetik mənşə
2025-ci ildə "Azərbaycan DNT" layihəsinin bazasında yer alan genetik nəticələrə əsasən, Tovuz rayonundan olan Zülqədərovlar nəslinin bəy qoluna mənsub və ata xətti üzrə birbaşa oğul törəməsindən götürülmüş nümunənin Y-DNT nəticəsinin O haploqrupunun MF15000 alt subkladına aid olduğu müəyyən edilmişdir. Mövcud genetik və filogenetik məlumatlara görə, O-MF15000 altqolu Azərbaycanda müşahidə olunan türkmənşəli paternal xətlərdən biri kimi qiymətləndirilir. "Discovery" və "YFull" DNT interpretasiya platformalarında aparılan müqayisələr göstərir ki, bu subkladın daşıyıcıları əsasən Çinin müxtəlif bölgələrində yaşayan mancurlar, bir sıra monqol tayfaları, Koreyanın tarixi zadəgan ailələri, eləcə də Yaponiyaya köç etmiş qollar arasında qeydə alınmışdır. Analiz edilmiş nümunə fərdi xarakter daşıyır və N57660 elmi kit nömrəsi ilə layihənin məlumat bazasına daxil edilmişdir. Elmi tədqiqatlara əsasən, O-MF15000 subkladının formalaşma yaşı təxminən 4500–5000 il olaraq qiymətləndirilir. Bu mutasiyanın aşkarlandığı nümunələrin coğrafi yayılma arealı əsasən Çin, Monqolustan və Yaponiya ətrafındakı bölgələri əhatə edir. Genetik əlaqələrin daha dəqiq müəyyən edilməsi və filogenetik boşluqların aradan qaldırılması üçün xüsusilə Zülqədər tayfasına mənsub şəxslər arasında, həmçinin Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan nümunələr üzrə testlərin artırılmasının zəruri olduğu qeyd olunur.
Zülqədərovların 34.278 desyatin torpağı olub. Həmin torpaqlarda dəfələrlə silahlı kəndli üsyanları baş verib. Qatır Məmmədin rəhbərliyi ilə kəndli hərəkatı Zülqədərovların torpaqlarını da bürüyüb və 1918-ci il yanvarın 5–6-da baş verən üsyan zamanı nəslin başçısı kimi tanınan məşhur Allahyar bəy Zülqədərov öldürülüb. Arxiv sənədləri əsasında hesablanıb ki, 1918-ci ilin 5–6 yanvar günlərində Allahyar bəyin üç qardaşı, oğlu Məmməd bəy, kiçik qızı Şahbanu xanım və arvadı Seyidnisə xanım da daxil olmaqla Zülqədərovlar nəslindən 20 nəfər qətlə yetirilib.
Soyun tanınmış nümayəndələri
- Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı.
- Kamran bəy Zülqədərov — general.
- Allahyar bəy Zülqədərov — bəy,mülkədar.
- Qara bəy Qarabəyov — Allahyar bəy Zülqədərov bacısı oğlu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülqədərovlar haqqında məlumat. Zülqədərovlar nədir? Zülqədərovlar nə deməkdir?