Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. O

Şəki dialekti

  • Ana Səhifə
  • Vikipediya
  • Şəki dialekti

Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri.

Mündəricat

Tarixi

Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak[rus.] tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.

Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır.

Klassifikasiya

Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir:

  • III. Şimal qrupu:
  • 1. Şəki dialekti
  • 2. Zaqatala–Qax şivəsi

Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir:

  • III. Şimal qrupu:
  • 1. Zaqatala dialekti
  • 2. Nuxa dialekti
  • 3. Qutqaşen dialekti

İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir:

  • I. Şimal qrupu dialektləri (əsasən Azərbaycanda danışılır)
  • 3. Şimal yarımqrupu dialektləri
  • — Zaqatala dialekti
  • — Nuxa dialekti
  • — Qutqaşen dialekti

Gürcü dilindən keçmiş sözlər

  • cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir;
  • məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi;
  • axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.

Qeydlər

  1. Lars Yohansonun tərcümeyi–halı və elmi fəaliyyəti ilə tanış olmaq üçün baxın:

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəki dialekti haqqında məlumat. Şəki dialekti nədir? Şəki dialekti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Efiopiya imperiyası

  • Fevral 27, 2026

    1798-ci il

  • Fevral 27, 2026

    Nizamülmülk

  • Mart 01, 2026

    Nyu-Yorkun bandaları

  • Fevral 27, 2026

    Mühacir (İslam)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst