Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr

İttifaq

  • Ana Səhifə
  • Vikipediya
  • İttifaq

İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. Birinci Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur.

Birinci Dünya müharibəsində iştirak edən İttifaq dövlətlərinin liderləri, soldan sağa: Alman İmperatoru II VilhelmAvstriya-Macarıstan İmperatoru Frans İosif, Osmanlı Sultanı V Mehmed, Bolqarıstan çarı I Ferdinand. Qərbdə Müttəfiq (Allied) sözü Antanta dövlətlərinə aiddir.
Britaniya feldmarşalı Bernard Montqomeri, Sovet feldmarşalları və generalları Berlində Brandenburq qapısında, 12 iyul 1945-ci il.

Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır.

Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir. Eyni termin eyni zamanda da ABŞ tərəfindən Vyetnam müharibəsində Cənubi Vyetnama kömək etmiş olan dövlətləri təsvir etmək üçün istifadə olunur.

Bu gün xüsusilə də Qərb mənşəli tərcümələrdə Körfəz Müharibəsindəki BMT koalisiyası üçün Alyans qüvvələri ifadəsi ilə paralel olaraq, bu gün İraqda mövcud olan İraqdakı Çoxmillətli Qüvvələr üçün Azərbaycan dilində qarşılığı Koalisiya qüvvələri kimi tərcümə edilə biləcək termin istifadə olunur. Koalisiya qüvvələrinin tərifi də bir növ Alyans Qüvvələridir.

Birinci Dünya müharibəsində iştirak etmiş olan İttifaq Qüvvələri (Üçlü Alyans) Almaniya, Avstriya və İtaliyadan təşkil olunmuşdur ki, sonradan İtaliya Müttəfiq Dövlətlərin tərəfinə keçmişdir. Bu ittifaq daha sonralar Osmanlı İmperiyası və Bolqarıstanın bu ittifaqa qoşulması ilə genişlənmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İttifaq haqqında məlumat. İttifaq nədir? İttifaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan LKGİ

  • Mart 01, 2026

    Hüseyn Səlami

  • Fevral 26, 2026

    Qəzənfər Xalıqov

  • Fevral 27, 2026

    Fort-Nesessiti döyüşü

  • Fevral 27, 2026

    Bərgüşad

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst