İrvin Rouz – (16 iyul 1926[…], Bruklin, Nyu-York ştatı – 2 iyun 2015[…]) - amerikalı bioloq və biokimyaçı, 2004-cü ildə "Uvikvitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə" Avram Herşko ilə birlikdə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülüb.
| İrvin Rouz | |
|---|---|
| ing. Irwin A. Rose | |
| |
| Doğum tarixi | 16 iyul 1926[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2 iyun 2015[…] (88 yaşında) |
| Elm sahəsi | biologiya |
| İş yerləri |
|
| Təhsili | |
| Üzvlüyü |
|
| Mükafatları | |
ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1979-cu ildən).
Bioqrafiyası və elmi işi
1926-cı ilin 16 iyulunda parket ustası Harry Royze (əslən Odessadandır) və Macarıstandan olan mühacirlərin qızı Ella Qrinvaldın yəhudi ailəsində anadan olmuşdur. 13 yaşına qədər o, Bruklin 134 saylı orta məktəbində oxumuş və bazar günlərində isə yəhudi məktəbini ziyarət etmişdir. 1939-cu ildə ailəsi ilə birlikdə Spokane şəhərinə köçmüşdürlər.
O, Vaşinqton Universitetində oxumuş, 1948-ci ildə isə oranı bitirmişdir (İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə gedərək təhsilinə fasilə vermişdir). Qayıtdıqdan sonra 1952-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmişdir.
İ.Rouz Filadelfiyadakı Foks Çeys Xərçəng Mərkəzində proteazomda hüceyrə zülalının parçalanması sistemində uvikvitinin rolunu kəşf edən bir qrupa rəhbərlik etmişdir. Bu kəşfə görə o, Aaron Çexanover və Avram Herşko ilə bərabər 2004-cü ildə kimya üzrə Nobel mükafatını almışdır.
İrvin Rouz Kaliforniya Universitetinin Tibb Kollecinin fəxri professoru olmuşdur.
Ailəsi haqqında
Həyat yoldaşı (1955-ci ildən) - biokimyaçı Zelda Budenstayn Rouz, PhD (fəlsəfə doktoru) və dörd uşaq sahibi olmuşdur.
Əsas nəşrləri
- Hershko, A., Ciechanover, A. və Rose, I.A. (1979) "Retikulositlərdən ATP asılı proteolitik sistemin həlli: ATP ilə qarşılıqlı əlaqədə olan bir komponent". Proc. Natl. akad. Sci. ABŞ 76, səh. 3107-3110.
- Hershko, A., Ciechanover, A., Heller, H., Haas, A.L. və Rose I.A. (1980) "Zülalların parçalanmasında ATP-nin təklif olunan rolu: ATP-dən asılı proteolizin polipeptidinin çoxsaylı zəncirləri ilə zülalların konjuqasiyası". Proc. Natl. akad. Sci. ABŞ 77, səh. 1783—1786.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrvin Rouz haqqında məlumat. İrvin Rouz nədir? İrvin Rouz nə deməkdir?
