Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İrina Valeryevna Şeyxlislamova (rus. Ирина Валерьевна Шайхлисламова; tatar. İrina Şəyxelislamova; 6 yanvar 1986, Yemanjelinsk, Çelyabinsk vilayəti), əsasən İrin

İrina Şeyk

  • Ana Səhifə
  • Vikipediya
  • İrina Şeyk

İrina Valeryevna Şeyxlislamova (rus. Ирина Валерьевна Шайхлисламова; tatar. İrina Şəyxelislamova; 6 yanvar 1986, Yemanjelinsk, Çelyabinsk vilayəti), əsasən İrina Şeyk kimi tanınır — Rusiya modeli.

İrina Şeyk
Doğum tarixi 6 yanvar 1986(1986-01-06) (40 yaş)
Doğum yeri
  • Yemanjelinsk, Çelyabinsk vilayəti, RSFSR, SSRİ
Uşağı 1
Partnyorları
  • Bredli Kuper (2015–2019)
  • Kriştiano Ronaldo (2010–2015)
Fəaliyyəti model[d], aktrisa
Fəaliyyət illəri 2004-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İrina, 6 yanvar 1986-cı ildə Rusiyanın Yemanjelinsk şəhərində anadan olmuşdur. Onun mənşəcə volqa tatarı olan atası şaxtaçı olmuş və pnevmoniyadan vəfat etmişdir. Anası Olqa bağçada musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, YEmajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb.

Karyera

Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir. 2007-ci ildən bəri həm də dünyanın ən məşhur fotoqrafları ilə işləmişdir, Sports Illustrated Swimsuit Edition-un üz qabığına düşə bilmiş ilk Rus modeldir. Armani Exchange, Lacoste, Bolero və s. tanınmış şirkətlərin siması olmuşdur. models.com-da dünyanın ən cazibədar modeli siyahısında 14-cüdür.

Şəxsi həyatı

2009–2015-ci illərdə dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə yaxın münasibətləri olub. Daha sonra aktyor Bredli Kuper ilə tanış olmuşdur. Cütlüyün 2017-ci il təvəllüdlü qızları var. Onlar 2019-cu ilin iyununda ayrılıblar.

Filmoqrafiya

Filmlər

  • Hercules (2014)
  • Inside Amy Schumer (2016)

Musiqi videoları

  • Kanye Vest – Power (2010)
  • Majid Al Mohandis – Waareftak (2022)

Videooyunlar

  • Need for Speed: The Run (2011)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrina Şeyk haqqında məlumat. İrina Şeyk nədir? İrina Şeyk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    30 avqust

  • Fevral 27, 2026

    Windows 9x

  • Fevral 27, 2026

    Daraqayaqlılar

  • Fevral 25, 2026

    Azərbaycan-İran sərhədi

  • Fevral 27, 2026

    Konstantin Simonov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst