Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1912–1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912–20.9.1913), 2

İqbal (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • İqbal (qəzet)

İqbal (az.-əski. اقبال‎) — gündəlik qəzet.

İqbal
Baş redaktor
  • Sənətulla Eynullayev (1912–1913),
  • Seyid Hüseyn Sadiq (1913–1914),
  • Məhəmməd Əmin Rəsulzadə (1914–1915),
  • Məhəmməd Əli Rəsulzadə (1914–1915)
Yazıçılar
  • Hacı İbrahim Qasımov
  • Nəriman Nərimanov
  • Məhəmməd Hadi
  • Abdulla Şaiq
  • Abbas Səhhət
  • Əli Nəzmi
  • Xəlil İbrahim
Yaranma tarixi 1912
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 27 aprel 1915
Baş ofis
  • Bakı
Ölkə
  •  Rusiya imperiyası

Mündəricat

Tarixi

1912–1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912–20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913–8.10.1914), 265-i isə Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914–27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi.

Fəaliyyəti

Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə, iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.

Həmçinin bax

  • Azərbaycan mətbuatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqbal (qəzet) haqqında məlumat. İqbal (qəzet) nədir? İqbal (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xanagah

  • Fevral 24, 2026

    17 may

  • Fevral 27, 2026

    Ulduz topaları

  • Fevral 27, 2026

    Castin Biber

  • Fevral 27, 2026

    MTV

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst