Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umbe

İpək (komiks)

  • Ana Səhifə
  • Vikipediya
  • İpək (komiks)

İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir.

İpək
ing. Silk
"Silk" #1 (fevral 2014)
"Silk" #1 (fevral 2014)
Nəşriyyat Marvel Comics
Yayım tarixi Kameo: "The Amazing Spider-Man" #1 (aprel 2014)
Tam görünüş: "The Amazing Spider-Man" #4 (iyul 2014)
Yaradıcı(lar) Den Slott
Umberto Ramos
Xüsusiyyətlər
Əsl adı Sindi Mun
Cinsiyyəti qadın[d]
Növü insan mutatı
Vətəndaşlıq
  •  ABŞ
Komiks bioqrafiyası
Üzvlükləri Qoruyucular
Partnyorları Piter Parker / Hörümçək-adam
Cessika Dryu / Hörümçək-qadın
Felisiya Hardi / Qara pişik
Maylz Morales / Araxnid uşaq
Gücləri Usta əlbəyaxa döyüşçü
Qeyri-insani güc, sürət, çeviklik, dözümlülük, reflekslər
Tezsağalma faktoru
Uzaq məsafəli prekoqnitiv hörümçək hissi
Eydetik yaddaş
Bir çox səthə dırmaşma
Barmaqlarından güclü tor atma

İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir.

Mündəricat

Nəşrolunma tarixi

İpəyin ilk dəfə tam şəkildə göründüyü "The Amazing Spider-Man" komiksinin 4-cü sayı (3-cü cild).

İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir. Tam şəkildə ilk dəfə eyni komiksin 4-cü sayında peyda olmuşdur.

Bioqrafiya

Personajın ortaya çıxmasından 13 il öncə bir elmi sərgidə radioaktiv şüaların istifadəsi nümayiş etdirilir. Nümayiş zamanı bir hörümçək həddən artıq çox radioaktiv şüalanmaya məruz qalır. Hörümçək ölməzdən öncə Piter Parkeri sancır və o, Hörümçək-adam olur. Lakin Piter Parkerdən sonra hörümçək Sindi Mun adlı başqa tələbə qızı da sancmağa imkan tapa bilir. Tezliklə Sindi Munda hörümçəkə xas güclərə malik olur (Parkerdən fərqli olaraq üzvi tor atmaq), lakin bunları kontrol etməkdə çətinlik çəkir. Bir müddət sonra İezekiil Mun ailəsinə yaxınlaşır və tədricən Sindiyə güclərindən istifadə etməyi öyrədir. 6 illik məşqdən sonra İezekill onu və "digər hörümçəkləri" Morlundan qorumaq üçün öz binasına bağlayır.

Hörümçək-adam Sindi Munun da güclər qazandığını öyrəndikdən sonra onu xilas edir. Özünə tordan kostyum hazırlayır və Hörümçək-adamdan ona İpək kimi müraciət etməsini istəyir.

Güclər

İpək Hörümçək-adama xas olan güclərə malikdir. Onun hörümçək hissinə komiksdə "ipək hissi" kimi xitab olunur və Piterinkidən daha güclüdür. Hörümçək-adam İpəklə ilk görüşündə onun daha sürətli, amma daha fiziki cəhətdən daha zəif olduğunu müşahidə etmişdir. Bunlardan əlavə, İpək barmaq uclarından üzvi tor atmaq və eydetik yaddaş (gördüyü hər şeyi yadda saxlamaq) güclərinə malikdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İpək (komiks) haqqında məlumat. İpək (komiks) nədir? İpək (komiks) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Dil (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Gürcü-osetin münaqişəsi

  • Fevral 27, 2026

    Alopecurus carolinianus

  • Fevral 27, 2026

    Sünbüllü nanə

  • Fevral 27, 2026

    Səmərra

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst