Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İordaniya Universiteti (ərəb. الجامعة الأردنية‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan univer

İordaniya Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • İordaniya Universiteti

İordaniya Universiteti (ərəb. الجامعة الأردنية‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən dövlət dəstəkli universitet. Əsası 1962-ci ildə qoyulan universitet İordaniyanın ən böyük və ən yaşlı ali təhsil müəssisəsidir.

İordaniya Universiteti
الجامعة الأردنية
Loqonun şəkli
Tip Dövlət
Əsası qoyulub 1962
Tələbə sayı 37.692 (2009/2010)
Ölkə İordaniya
Şəhər Amman
Sayt ju.edu.jo
32°00′50″ şm. e. 35°52′22″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İordaniya Universitetinin xəstəxanası və tibb mərkəzi
İordaniya Universitetinin Mühəndislik fakültəsinin binası

Universitet ölkədə ən yüksək qəbul göstəricilərinə malik olmaqla İordaniyanın bir nömrəli və ərəb dünyasının ən prestijli universiteti hesab edilir. Universitet Ammanın Universitet rayonunun Cübəyha bölgəsində yerləşir. Hazırda universitetin 1400 işçisi və 37 min tələbəsi var.

Mündəricat

Tarixi

Universitet 1962-ci ildə kral sərəncamı ilə yaradılmışdır. Universiteti əhatələyən bölgə Ammanın mərkəzi hissələrindən biridir və Universitet rayonu adlanır.

Tədris

İordaniya Universiteti 20 fakültə və institutda bakalavr və magistr təhsili təqdim edir.

Mərkəzlər və institutlar

İnstitutlar:

  • Arxeologiya institutu 2014-09-10 at the Wayback Machine
  • Başqa dildə danışanlar üçün beynəlxalq ərəb dili öyrətmə institutu
  • Sosial işlər institutu 2012-08-02 at the Wayback Machine
  • Kənd təsərrüfatı araşdırmalarının təkmilləşdirilməsi və tədrisi institutu
  • Müasir Dünyada İslamın Tədrisi İnstitutu

Universitet xəstəxanası

Universitet xəstəxanası 1973-cü ildə yaradılmışdır. Universitet, həmçinin Kral Hüseyn Xərçəng Mərkəzi ilə də əlaqələrə malikdir. Bu mərkəz ABŞ-dən kənarda JCI Spesifik Xəstəlik Sertifikasiyasından keçmiş ilk xərçəng mərkəzidir. (noyabr 2007)

Beynəlxalq əlaqələr və razılaşmalar

İkitərəfli razılaşmalar

İordaniya Universiteti əsasən tələbə mübadilə proqramları üzrə yüzlərlə razılaşma imzalamışdır ki, onlardan 16-sı ABŞ universitetləridir.

Üzv olduğu təşkilatlar

  • Beynəlxalq Universitetlər Assosiasiyası
  • İslam Dünyası Universitetləri Federasiyası
  • Aralıq dənizi hövzəsi Universitetləri İttifaqı
  • Ərəb Universitetləri Assosiasiyası

Tələbələr

Universitetin tələbə təşkilatı olan İordaniya Universiteti Tələbə Birliyi illik seçilən 80 üzvdən ibarət tələbə şurasıdır və tələbələr üçün xüsusi maraq kəsb edən məsələlərdə tələbələrlə universitet rəhbərliyi arasında vasitəçi kimi çıxış edir. Təşkilat həmçinin aylıq "Savt əl-Tələbə" (azərb. "Tələbələrin səsi"‎) qəzetini nəşr etdirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ordaniya universiteti sözünün mənası, i̇ordaniya universiteti haqqında məlumat. i̇ordaniya universiteti nədir? i̇ordaniya universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kükürd

  • Mart 01, 2026

    Samuel Kolt

  • Fevral 27, 2026

    Düz bağırsaq

  • Mart 06, 2026

    Rəmziyyə Veysəlova

  • Mart 06, 2026

    Qatçina

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst