Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İman Məhəmməd Abdülməcid (ing. Iman Mohamed Abdulmajid, doğum adı Zara Mohamed Abdulmajid; 25 iyul 1955, Moqadişo), mononim olaraq İman kimi tanınan, Somali əsi

İman (model)

  • Ana Səhifə
  • Vikipediya
  • İman (model)

İman Məhəmməd Abdülməcid (ing. Iman Mohamed Abdulmajid, doğum adı Zara Mohamed Abdulmajid; 25 iyul 1955, Moqadişo), mononim olaraq İman kimi tanınan, Somali əsilli amerikalı model və aktrisa.

İman
Doğum tarixi 25 iyul 1955(1955-07-25) (70 yaş)
Doğum yeri
  • Moqadişo, Somali
Həyat yoldaşları
  • Devid Boui (1992–2016)
Uşağı 2 (Lexi Jones daxil olmaqla)
Fəaliyyəti aktrisa, model[d], sahibkar, avtobioqraf[d], kino aktrisası, televiziya aktrisası
destinationiman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Canni Versaçe, Tyerri Müqler, Kelvin Klein, Donna Karan və İv Sen Loran kimi dizaynerlərin ilham verici modeli olan İman həm də xeyriyyəçilik işləri ilə də məşhur idi. O, 1992-ci ildən 2016-cı ildə musiqiçi Devid Boui vəfat edənə qədər onunla evli olub.

Mündəricat

Erkən həyat

İman Somalidə Moqadişo şəhərində müsəlman ailəsində dünyaya gəlib. Anadan olanda ona Zəhra adı verilmişdi. Daha sonra ona babasının təkidi ilə uşağın maskulin şəkildə "çiçəklənəcəyinə" ümid edərək ərəbcə "iman" mənasını verən İman adı verildi. İmanın anası Məryəm, atasının adı isə Məhəmməd Əbdülməcid idi. Onun atası diplomat, Somalinin Səudiyyə Ərəbistanındakı səfiri, anası isə ginekoloq idi. Onun iki qardaş və iki bacısı var idi.

İman yeniyetmə illərində babası və nənəsi ilə yaşayıb. Amma hələ 4 yaşında ikən Misirdəki internat məktəbinə göndərilib, uşaqlığının və yeniyetməliyinin çox hissəsini orada keçirib. Somalidəki siyasi iğtişaşlardan sonra İmanın atası ailəni ölkəyə köçürtsə də, daha sonra yenə atasının göstərişi ilə o, anası və bacı-qardaşları ilə birlikdə Keniyaya getdi və sonra atası və kiçik bacısı da onlara qoşuldu. O, 1975-ci ildə Nayrobi Universitetində siyasi elmlər üzrə təhsil almağa başladı. Lakin model olmaq təklifini aldıqdan sonra ABŞ-yə köçməyi ilə əlaqədar təhsilini yarımçıq qoydu.

Karyera

Model

Universitetdə olarkən İman amerikalı fotoqraf ing. Peter Beard tərəfindən model olmaq üçün təklif aldı və modellik karyerasına başlamaq üçün ABŞ-yə köçdü. İlk model təcrübəsi 1976-cı ildə Vogue jurnalı üçün oldu. Tezliklə dünyanın ən nüfuzlu jurnallarının üz qabıqlarında görünməyə başladı və özünü supermodel kimi kəşf etdi.

Uzun boynu, incə bədən quruluşu, incə cizgiləri və mis rəngli dərisi ilə İman moda dünyasında bir anda uğur qazana bildi. İman Helmut Nyuton, Riçard Avedon, İrvinq Penn və Enni Leybovitz də daxil olmaqla bir sıra məşhur fotoqraflarla işləyib.

İman öz uğurunu müxtəlif dizaynerlərdən aldığı tərbiyə, ona fərdiliyin qiymətləndirildiyi və modelin yaradıcılıq prosesinin ayrılmaz hissəsi olduğu bir dövrdə olması ilə izah edir. O, Londonda ing. TESS Management şirkəti tərəfindən təmsil olunurdu.

Biznes

Iman kosmetika

İman 1994-cü ildə öz kosmetik firmasını yaratdı və diqqətini qadınlar üçün çətin tapılan çalarlara yönəltdi. O, illərlə topladığı təcrübəsinə əsaslanaraq məhsulların istehsalında yaxından iştirak edirdi və eyni zamanda şirkətin kommersiya siması kimi çıxış etmişdi. ing. Iman Cosmetics 2010-cu ilə qədər ildə 25 milyon dollar qazanan biznes oldu. İstehsal daha çox 4 formulada və 14 çalarda 14,99 dollar dəyərində tonal kremlər üzərində cəmlənmişdir və Walgreens saytında ən çox satılan tonal kremlər arasındadır.

2012-ci ilin əvvəlində İman, Mataano moda şirkətinin qurucuları olan Somalili dizaynerlər Ayaan və İdil Mohallimlə öz kosmetik xəttinin brendləri kimi müqavilə imzaladı. 2021-ci ilin sonlarında İman imzası olan "Love Memoir" ətrini buraxdı. Kəhrəba rəngli ətrin butulkası onun və ərinin həzz aldıqları gün batımına işarə verirdi. Şüşənin forması iki daşın təqlidini göstərirdi və bu, sizdən sonra gələn insanları istiqamətləndirmək üçün düz daşlar qoyduğunuzun mənəvi ritualına istinad edirdi. Bu həm də dərddən şəfa tapmaq kimi də xarakterizə olunurdu.

Global Chic

Marketinq qabiliyyətinə görə İman 2007-ci ildə Home Shopping Network (HSN) şirkətinin baş direktoru tərəfindən geyim dizayn xətti yaratmaq üçün təklif aldı. Misirdəki uşaqlığından və Halstonla modellik dövründən ilhamlanan İmanın ilk kolleksiyası naxışlı kaftanlardan ibarət idi. Onun HSN-dəki kolleksiyası Global Chic adlanır.

İman 2006-cı ildə Metropolitan Opera açılış gecəsində

Film

İman ilk dəfə 1979-cu ildə Britaniyada çəkilmiş "İnsan faktoru" filmində və 1985-ci ildə Robert Redford və Meril Stripin baş rollarda oynadığı Afrikadan adlı Oskar mükafatına layiq olmuş filmdə rol aldı. Daha sonra o, 1987-ci ildə Kevin Kostnerlə birlikdə No Way Out triller filmində Nina Bekanı və həmin il Maykl Keinin Təslim olma adlı komedik filmində Hedi obrazını canlandırdı.

Hollivuddakı ilk ilində, 1991-ci ildə o, bir neçə film istehsalı üzərində çalışıb. Onların arasında Tim Hanterin rejissorluq etdiyi Əkizlərin Yalanları və VI Ulduz Yolu: Kəşf edilməmiş Ölkə filmləri də var idi, sonuncuda o, yadplanetli rolunu oynayıb. 1991-ci ildə House Party 2 komediyasında və 1994-cü ildə Edendən Çıxış romantik komediya filmində rol aldı.

Şəxsi həyat

İman əri David Bowie ilə 2009-cu ildə

İman müsəlmandır. O, imanının qaranlıq anlarda ona kömək etdiyinə inanır. O, beş dildə sərbəst danışır: somali, ərəb, italyan, fransız və ingilis. O, iyirmi yaşında olarkən Amerika vətəndaşlığını da aldı.

İman ilk dəfə 18 yaşında Somalili gənc sahibkar və Hilton hotelinin rəhbəri Həsən ilə evləndi. Evlilik bir neçə il sonra modellik karyerasını davam etdirmək üçün ABŞ-yə köçəndə sona çatdı. 1977-ci ildə İman amerikalı aktyor Uorren Bitti ilə görüşürdü. Lakin elə həmin ilin sonunda o, amerikalı basketbolçu Spenser Hayvudla nişanlandı və tezliklə evləndilər. 1978-ci ildə onların qızı Zulexa Hayvud anadan oldu. 1987-ci ilin fevralında cütlük boşandı.

1990-cı ildə İman Los-Ancelesdə bir dostu tərəfindən qurulan sürpriz bir görüşdə ingilis musiqiçisi David Boui ilə tanış oldu. Dostu İmanı qonaqlığa dəvət edən bərbər Teddi Antolin idi. Restorana gələndə masa arxasında yalnız dörd nəfər var idi: Antolin, Antolinin sevgilisi, İman və Boui. Axşamın sonunda Boui onu evə aparmağı təklif etdi və cavabında: "Xeyr, mən öz maşınımı sürəcəyəm". Lakin ertəsi gün onlar kofe şoplardan birində görüşdülər. Boui 1991-ci ildə yazdığı instrumental əsərini onun şərəfinə "Əbdülməcid" adlandırdı, sonradan Filip Qlass tərəfindən simfoniyaya çevrildi.

24 aprel 1992-ci ildə onlar İsveçrənin Lozanna şəhərində özəl mərasimdə evləndilər. Toy şənliyi isə iyunun 6-da İtaliyanın Florensiya şəhərində baş tutdu. Onların qızı Aleksandra Zəhra Cons 15 avqust 2000-ci ildə Nyu Yorkdakı Mount Sinai Xəstəxanasında anadan olub. İman həm də Bouinin əvvəlki evliliyindən olan oğlu Dunkan Consun ögey anasıdır. İman və ailəsi əsasən Manhettendə və Londonda yaşayırdılar. Boui 2016-cı il yanvarın 10-da vəfat etdi.

Biblioqrafiya

  • Mən İmanam (2001)
  • Rəngin Gözəlliyi (2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇man (model) sözünün mənası, i̇man (model) haqqında məlumat. i̇man (model) nədir? i̇man (model) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Əfsanə Nəcmabadi

  • Fevral 27, 2026

    Hasar

  • Mart 01, 2026

    Arpaçay SES

  • Mart 06, 2026

    Xşanov

  • Fevral 27, 2026

    Balerina

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst