Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seyid Ruhullah Mustafavi Musəvi Xomeyni (24 sentyabr 1902, Xomeyn, Qacar dövləti – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucus

İmam Xomeyni

  • Ana Səhifə
  • Vikipediya
  • İmam Xomeyni

Seyid Ruhullah Mustafavi Musəvi Xomeyni (24 sentyabr 1902, Xomeyn, Qacar dövləti – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu olub (1979–1989). Seyid. Ayətullah əl-üzma.

Ruhullah Xomeyni
fars. سید روح‌الله موسوی خمینی‎
İranın Ali Rəhbəri
3 dekabr 1979 – 3 iyun 1989
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏli Xamenei
Şəxsi məlumatlar
Doğum adı سید روح‌الله مصطفوی
Doğum tarixi 24 sentyabr 1902(1902-09-24)
Doğum yeri
  • Xomeyn, Qacar dövləti
Vəfat tarixi 3 iyun 1989(1989-06-03) (86 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • İmam Xomeyni türbəsi
Partiya
  • İslam Respublikası Partiyası
Fəaliyyəti siyasətçi, şair, dini rəhbər[d], axund, ilahiyyatçı
Dini on iki imam şiəliyi[…]
Hərbi xidmət
Döyüşlər
  • İran İslam İnqilabı,
  • İran–İraq müharibəsi

İmzanın şəkli
imam-khomeini.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir.

1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi.

Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı.

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır.

1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.

İranın İraqa təzyiqindən sonra Xomeyni bu ölkədən Fransaya köçmüş və bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşamışdır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilirdi.

1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Ayətullah Xomeyni İrana qayıtmış və faktiki olaraq ölkənin liderinə çevrilmişdir. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etmişdir.

Həyatı boyu Amerika Birləşmiş ştatları və İsrailə düşmən münasibətləri sərgiləmiş, İsrail zülmünə qarşı Fələstinə və Livana maddi və hərbi dəstək vermişdir.[mənbə göstərilməlidir]

1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat etmişdir.

Həmçinin bax

  • İran İslam İnqilabı
  • Vilayəti-Fəqih
  • İran İslam Respublikası
  • Əli Xamenei

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmam Xomeyni haqqında məlumat. İmam Xomeyni nədir? İmam Xomeyni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Khmerlər

  • Fevral 27, 2026

    İmam Sadiq

  • Fevral 27, 2026

    Düz Qırıqlı

  • Fevral 24, 2026

    Elm

  • Fevral 27, 2026

    Bəsit maddə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst