Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlham Axundov (Axundov İlham Sənan oğlu; 1 iyun 1959, Boladı, Lənkəran rayonu) — hazırda Kanadada yaşayan Azərbaycanlı alimi; Professor, Vaterlu Universitetinin

İlham Axundov

  • Ana Səhifə
  • Vikipediya
  • İlham Axundov

İlham Axundov (Axundov İlham Sənan oğlu; 1 iyun 1959, Boladı, Lənkəran rayonu) — hazırda Kanadada yaşayan Azərbaycanlı alimi; Professor, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru.

İlham Axundov
Axundov İlham Sənan oğlu
Doğum tarixi 1 iyun 1959(1959-06-01) (66 yaş)
Doğum yeri
  • Boladı, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Odlar Yurdu Universiteti,
  • Makmaster Universiteti[d],
  • Vaterlu Universiteti
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Axundov İlham Sənan oğlu 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladi kəndində anadan olub.

Təhsili

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlamis təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

Əmək fəaliyyəti

1988-ci ildən 1997-ci ilədək İ.Axundov Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-2000-ci illərdə isə Odlar Yurdu Universitetində (Bakı) xarici əlaqələr üzrə prorektor işləyib.

İ.Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə Texas Universitetində (Texas A&M University) tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərdən bir neçə dəvət alıb.

Professor İ.Axundov 2001-ci ildən Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb.

2007-ci ildə professor İ.Axundov karyerasını Kanadanın dünya söhrətli Vaterlu Universitetinin Riyaziyyat Fakültəsində davam etdirib.

2009-2013-cü illərdə Vaterlo universitetin riyaziyyat fakültəsinin Dubaydakı filialının direktoru vəzifəsində çalışıb.

Hazırda o, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur.

Professor İ.Axundov ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində ekspertdir. O, ehtimal nəzəriyyəsinin asimptotik metodlarına, sıra statistikası nəzəriyyəsinə ekstremal əhəmiyyətli əlavələrlə çox böyük töhfə verib. İ.Axundov üç dərslik və 30-dan çox elmi məqalənin müəllifidir.

O, universitetin bir çox komitələrinin - universitet dekanlarının məşvərət komitəsinin, statistika və aktuar elm proqramları üzrə komitənin, bakalavrların işi üzrə komitənin ve universitetə qəbul komitəsinin işində iştirak edir.

İctimai fəaliyyəti

İ.Axundov, dörd istiqamət üzrə (siyasi, iqtisadi, sosial və təhsil) fəaliyyət göstərən “Kanada-Azərbaycan” Əməkdaşlıq} Assosiasiyasının prezidentidir.

2012-ci ildə İ.Axundov Kanada Azərbaycan Araşdırmaları İnstitutunu yaradıb. Bu qurumun məqsədi Azərbaycanın elmi institutları ilə əməkdaşlığın qurulması, Azərbaycan üzrə araşdırmaların aparılması, materialların nəşri, uğurların təbliği, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsi üzrə məlumatlandırılma, elmi ictimaiyyət, hökumət nümayəndələri və KİV-lər üçün konfrans, seminar və mühazirələrin təşkil edilməsidir. 2012-ci ildə onun köməyi ilə Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları Mərkəzi (CERES) bu universitetin tələbələri üçün Azərbaycan tədqiqatları üzrə kredit kursu keçirib.

Təltif və mükafatlar

  • 2016-cı ildə elmi, pedaqoji, və diaspora fəaliyyətinə görə I. Axundov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmisdir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlham Axundov haqqında məlumat. İlham Axundov nədir? İlham Axundov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 434

  • Fevral 27, 2026

    Luksor

  • Fevral 27, 2026

    Procyonidae

  • Fevral 27, 2026

    Xızır xan

  • Fevral 27, 2026

    Kapitulasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst