Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İkram Ziyəddin oğlu Eyyubov — alim, baytarlıq elmləri doktoru, professor, Əməkdar baytar həkimi, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya mü

İkram Eyyubov

  • Ana Səhifə
  • Vikipediya
  • İkram Eyyubov

İkram Ziyəddin oğlu Eyyubov — alim, baytarlıq elmləri doktoru, professor, Əməkdar baytar həkimi, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri.

İkram Eyyubov
İkram Ziyəddin oğlu Eyyubov
Doğum tarixi 1925
Doğum yeri Ürkməzli, Qazax qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2011 (85–86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi baytarlıq
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Həyatı və elmi fəaliyyəti

İkram Eyyubov 1925-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1937-ci ildə Dəmirçilər kənd natamam orta məktəbini bitirmiş və Qazax pedaqoji texnikumuna daxil olmuşdur. 1941-ci ildə texnikumu bitirmiş və 1945-ci ilə qədər Tovuz rayonunda müəllim işləmişdir. 1945-1950-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universitet) təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Terapiya kafedrasında assistent vəzifəsində saxlanılmışdır.

1958-ci ildə dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1958-ci ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna dəvət olunaraq 1994-cü ilə qədər orada baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Respublikanın Əməkdar baytar həkimi, professordur.

135 elmi məqalənin, 5 kitabın, 1 tədris vəsaitinin və 3 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi ilə bir neçə elmlər namizədi yetişmisdir.

2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇kram eyyubov sözünün mənası, i̇kram eyyubov haqqında məlumat. i̇kram eyyubov nədir? i̇kram eyyubov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Demiurq

  • Fevral 27, 2026

    Maarifçilik dövrü

  • Fevral 28, 2026

    Aythya

  • Fevral 27, 2026

    Əli-Səttar Quliyev

  • Mart 06, 2026

    Riyad Əsəd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst