İkitənəffüslülər (lat. Dipnoi) — xoanlar yarımsinfinə aid dəstəüstü.
| İkitənəffüslülər | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dipnomorpha Dəstə: İkitənəffüslülər | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
İkitənəffüslülər həm qəlsəmə, həm də ağciyərlə tənəffüs edirlər (adı da buradandır). Bədəni uzunsov, bəzilərində yanlardan basıqdır, digərləri ilanbalığına oxşayır. İkitənəffüslülərin 12 fəsiləsi var; 9-u qazıntı halında tapılmış, 3-ü isə qərnidiş (lat. Ceratodidae) Avstraliyada, lepidosiren (lat. Lepidosirenidae) Cənubi Amerikada, protopterlər (lat. Rrotopteridae) Mərkəzi Afrikada yaşayır. İkitənəffüslülər şirin su balıqlarıdır. Uzunluqları 2 m-dəkdir.
İkitənəffüslülər onurğasızlar, balıqlar və amfibiyalarla qidalanır. Qərnidişin ovlanması qadağandır. Lepidosiren və protopterlər quraqlıq dövrdə qış yuxusuna gedirlər. Qazıntı halında tapılan ikitənəffüslülərin şirin suda yaşadıqları güman edilir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İkitənəffüslülər haqqında məlumat. İkitənəffüslülər nədir? İkitənəffüslülər nə deməkdir?
