Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İdris Balakişi oğlu İsayev (22 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2018-ci ildən), Azərbaycan Respublikası əmək və əh

İdris İsayev

  • Ana Səhifə
  • Vikipediya
  • İdris İsayev

İdris Balakişi oğlu İsayev (22 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2018-ci ildən), Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (2014-2018).

İdris İsayev
İdris Balakişi oğlu İsayev
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Vəzifədədir
14 noyabr 2018-ci ildən
    Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
    20 fevral 2014 – 14 noyabr 2018
    Şəxsi məlumatlar
    Doğum tarixi 22 oktyabr 1970(1970-10-22) (55 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dövlət İqtisad Universiteti,
    • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

    Təltifləri "Tərəqqi" medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

    Həyatı

    İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987–1992-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəolunması" ixtisası üzrə magistr dərəcəsi alıb.

    1992–1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2013-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib. .

    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

    Rus və ingilis dillərini bilir.

    Evlidir, 3 övladı var.

    Mükafatları

    Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 oktyabr tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci il 12 noyabr tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalları ilə təltif edilib..

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İdris İsayev haqqında məlumat. İdris İsayev nədir? İdris İsayev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Posidoni

    • Fevral 27, 2026

      Pank (submədəniyyət)

    • Fevral 25, 2026

      Qabriel Boriç

    • Fevral 27, 2026

      Clupeidae

    • Fevral 23, 2026

      Vilnüs

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst