Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Bəkr Məhəmməd ibn Əbdülməlik ibn Məhəmməd ibn Məhəmməd ibn Tüfeyl əl-Qeysi (ərəb. ابن طفيل‎; 1 yanvar 1110 – 1 yanvar 1185, Mərrakeş[d], Müvəhhidlər dövləti

İbn Tüfeyl

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Tüfeyl

Əbu Bəkr Məhəmməd ibn Əbdülməlik ibn Məhəmməd ibn Məhəmməd ibn Tüfeyl əl-Qeysi (ərəb. ابن طفيل‎; 1 yanvar 1110 – 1 yanvar 1185, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — filosof və həkim. Qərbdə onu "Albubacer" adlandırırlar.

İbn Tüfeyl
ərəb. أبو بكر محمد بن عبد الملك بن محمد بن طفيل القيسي الأندلسي‎
Doğum tarixi 1 yanvar 1110(1110-01-01)
Vəfat tarixi 1 yanvar 1185(1185-01-01) (75 yaşında)
Vəfat yeri
  • Mərrakeş[d], Müvəhhidlər dövləti[d]
Elm sahələri şair, fəlsəfə, tibb
Tanınmış yetirmələri Nurəddin Bitruci, İbn Rüşd

Mündəricat

Bioqrafiyası

O, Vadi-Əş (indiki Quadis) qəsəbəsində dünyaya gəlib. Lyon Gotiye, onun hicri 499-cu (1105) ildə dünyaya gəldiyi söyləyib. Tələbəsi Bitruci onu qazı adlandırıb. Lisənəddin İbnül-Xətib də onu filosof və təbib olmaqla yanaşı fəqih də adlandırıb. Buna görə onun fiqh, din elmləri, tibb və fəlsəfə təhsili aldığını demək olar.

Savadlı təbib və cərrah olaraq yetişən İbn Tüfeyl, Gərnatada (indiki Qranada) çalışmağa başladı. Bu sahədəki məharətinə görə əvvəlcə Gərnata valisinin, sonra isə Müvahhidi xəlifəsi Əbdülmömin əl-Qumminin və oğlu Əbu Səidin sirr katibliyi vəzifələrinə yüksəldi. Müvahhidi xəlifəsi Əbu Yaqub Yusif ibn Əbdülmöminin sarayında baş həkim vəzifəsinə təyin edilməsi onun həyatının dönüm nöqtəsi oldu. Fəlsəfəyə böyük marağı olan xəlifə, onu öz himayəsinə götürdü və onun üçün rahat iş mühiti yaratdı.

O, həm İbn Rüşdün də saraya çağrılmasına, həm də Aristotelin məcmuəsinə izahlar yazmaq vəzifəsinin İbn Rüşdə verilməsinə nail oldu.

İbn Tüfeylin şeirdəki qabiliyyəti, onun təbiblik və sirr katibliyi qabiliyyətlərindən heç də geri qalmayıb. Belə ki, xəlifə Əbu Yaqubun ələ keçirdiyi Qəfsə şəhərinə ithafən yazılan fətihnaməyə onun da qəsidəsi daxil edilmişdi. Bu hadisədən 10 il əvvəl də xəlifə Əbu Yaqub, xristianlara qarşı cihad çağrışı edəndə, Qeys qəbiləsi ərəblərinin orduya qoşulmalarını təmin etmək üçün İbn Tüfeyldən bir qəsidə yazmasını istəmişdi. İbn Tüfeyl də onun bu istəyini yerinə yetirmişdi. İbn Tüfeyl, həmçinin İslam tibb ədəbiyyatında öz sahəsinin ən uzun mənzum əsərini (ürcuzə) qələmə alan şəxs idi.

O saraydakı baş həkimlik vəzifəsi ilə yanaşı tibbin nəzəri məsələri ilə bağlı vasiləsiz tədqiqatlar da aparmışdı: Onun İbn Rüşd ilə "əl-Külliyyət fit-tib" adlı əsər ətrafında apardığı müzakirələri buna sübutdur. Digər tərəfdən tarixçilər, İbn Tüfeylin astronomiyadakı biliyinin tibdən daha dərin olduğu qənaətindədirlər. Buna səbəb, onun Ptolemeyin astronomiya nəzəriyyəsini Əndəlüsdə tənqid edənlərin ən qabaqcıllarından biri olmasıdır.

O, eyni zamanda Osman müshəfinin Qurtubəyə (indiki Kordova) gəlməsi hikayəsini xüsusi üslubla qələmə almış şəxsdir. Məqqari, vəzir Əbu Zəkəriyya Yəhyanın (İbn Tüfeylin nəticəsi) əlindəki bir mətn vasitəsilə bu müshəfin Əməvi ənənəsindəki hekayəsini nəql etmişdi. Ancaq İbn Tüfeylin elmi şəxsiyyətinin ən vacib ünsürü fəlsəfədir. Belə ki, Mərraküşi də hər şeydən öncə onun bir müsəlman filosof olmasına, fəlsəfi çalışmalarının istiqamətləndiyi sahə və görüşlərə nəzəri cəlb etmişdir.

İbn Tüfeyl, xəlifə Əbu Yaqubunun hicri 580-ci (1184) ildəki ölümündən sonra xəlifə olan oğlu Əbu Yusif əl-Mənsur tərəfindən də himayə edildi və xəlifə Əbu Yaqubun ölümündən bir yıl sonra o da Mərakəşdə vəfat etdi.

Əsərləri

  1. Həyy ibn Yəqzan. İbn Tüfeylin öz fəlsəfi sisteminin əsas fikirlərinə yer verdiyi əsəri. Bir çok şərq və qərb dillərinə tərcümə edilmişdir.
  2. Ürcuzə fit-tib. Ərəp şeirindəki rəcəz vəznində qələmə alınmış tiblə bağlı əsəri. Məlum olan tək nüsxəsi Mərakeşin Qaraviyyin Üniversitetinin kitabxanasında saxlanılır (№ 2158). 7700 beytdən ibarət olan əsər, xəstəliklər, səbəbləri və mülaciə üsullarından bəhs edilir. Əsər yeddi hissədən ibarətdir.
  3. Qəsidə. Xəlifə Əbu Yaqubun ərəbləri cihada təşviq etmək məqsədilə İbn Tüfeylə yazdırdığı mənzumə. Əsər 44 beytdən ibarətdir.

Həmçinin bax

  • Həyy ibn Yəqzan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Tüfeyl haqqında məlumat. İbn Tüfeyl nədir? İbn Tüfeyl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leysilik

  • Fevral 27, 2026

    Omid

  • Fevral 23, 2026

    Transkripsiya (genetika)

  • Fevral 24, 2026

    13 mart

  • Fevral 27, 2026

    Kamarq

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst