Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – 688, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam ali

İbn Abbas

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Abbas

Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – 688, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi.

Abdullah ibn Abbas
ərəb. عبد الله بن عبَّاس‎
Doğum tarixi təq. 619(0619)
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi 688(0688) (68–69 yaşında)
Vəfat yeri
  • Taif, Məkkə bölgəsi[d], Səudiyyə Ərəbistanı
Atası Abbas ibn Əbdülmütəllib
Anası Lübabə binti Haris
Elm sahələri islam etiqad məzhəbləri[d], təfsir, fiqh, hədis elmi
Tanınmış yetirmələri Əta ibn Əbu Rəbah, Vəhb ibn Münəbbih, Tavus ibn Keysan, Ənəs ibn Malik, Qasım ibn Məhəmməd ibn Əbu Bəkr, İbn Sirin, Mücahid ibn Cəbr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir. Abdullah ibn Abbas Raşidi xəlifələr dövründə xəlifələrə yaxın olmuş, müsəlmanların Şimali Afrika və Təbəristana yürüşlərində iştirak etmişdir.

Xəlifə Osmanın vəfatından sonra Abdullah ibn Abbas Əli ibn Əbu Talibi xəlifə kimi tanıyıb, ona dövlət işlərində yaxından köməklik göstərmişdir. Əli onu idarəçilik qabiliyyəti səbəbi ilə Bəsrə şəhərinin başçısı təyin etmişdir. Bu vəzifədə olarkən o, xaricilərin üsyanını yatıra bilsə də, sonra dövlət işlərindən uzaqlaşmış, həyatının sonuna kimi Məkkədə yaşayaraq, elmlə məşğul olmuşdur. Xəlifə Müaviyə öldükdən sonra Abdullah ibn Abbas, Hüseyn ibn Əlini xəlifə Yezidə qarşı çıxmış kufəlilərin çağırışına uymamağa dəvət etmiş, onun oraya getməsinin məqsədəuyğun olmadığını qeyd etmişdir. Buna baxmayaraq, Hüseyn Kufəyə yollanmış və orada şəhid olmuşdur.

Abdullah ibn Abbas fiqh elminin ən mahir bilicisi idi. Hər hansı hökmü verdikdə o, ilk olaraq Qurana müraciət edirdi. Orada problemin həllini tapmayanda isə o zaman Məhəmməd peyğəmbərin həyat yoluna, daha sonra onun səhabələrinin həyat nümunələrinə istinad edərək problemləri həll edirdi. Bundan başqa, Abdullah ibn Abbas Quran təfsirçisi kimi də tanınırdı.

Abdullah ibn Abbasın elmini, mədəniyyətini və bacarığını müsəlmanların düşmənləri də dəyərləndirmişlər. O, elçi kimi müsəlman ordusunun rəhbərliyi adından Bizansın Şimali Afrika bölgələrinin başçısı Georgiusun yanına göndərilmiş, orada elmi mübahisələrdə iştirak etmişdir. Onu dinləmiş Georgius, Abdullah ibn Abbası ən bilikli ərəb adlandırmışdır. Abdullah ibn Abbas 687-ci ildə 70 yaşında ikən Taifdə vəfat etmişdir.

Ədəbiyyat

  • ""Ümmətin alimi" ləqəbli səhabə - Abdullah ibn Abbas". islam.az (az.). 17 may 2021. İstifadə tarixi: 21 dekabr 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Abbas haqqında məlumat. İbn Abbas nədir? İbn Abbas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Eskil

  • Fevral 27, 2026

    Çigirin

  • Fevral 27, 2026

    Bocquillonia longipes

  • Fevral 27, 2026

    Ukiyo-e

  • Fevral 26, 2026

    Vani bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst