Ömər Xəlvəti (XIV əsr, Avaxıl – 1409, Avaxıl) — mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi.
| Ömər Xəlvəti | |
|---|---|
| Əbu Abdulla Siracddin Ömər Xəlvəti | |
| Doğum tarixi | XIV əsr |
| Doğum yeri | |
| Vəfat tarixi | 1409 |
| Vəfat yeri | |
| Dəfn yeri | |
Həyatı
Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.

Azərbaycanın Şamaxı rayonunun Avaxıl kəndində Pir Ömər Sultan ziyarətgahı var. 2020-ci ilin iyun ayında xəbər yayıldı ki, oradakı tədqiqatlar başa vurulmuş, tədqiqat nəticəsində Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilmişdi. Tədqiqat zamanı aşkar edilmiş türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat etmişdi.
Pir Ömərin xəlvətilik təriqətində sahib olduğu mövqe böyükdür. Xəlvətiliyin bir çox prinsipləri onun tərəfindən qoyulmuşdur. Bunlardan biri təriqətin ad atası olmasıdır. Bir digəri də təriqətin əlaməti saylan tacın (papaq, əmmamə) formasının onun tərəfindən müəyyənləşdirilməsidir.
Şeyxin xəlvət məsələsində göstərdiyi israr xəlvətilikdə xəlvətin ən mühüm cəhətlərindən biri, bəlkə də birincisi halına gəlməsinə səbəb olmuşdur. Beləliklə təriqətin adı da Xəlvətilik kimi müəyyənləşmişdir. Zahidiliyin digər qolu olan səfəvilik təriqəti daha sonralar xəlvəti tərk edərək cəlvəti üstün tutmuşdur. Yəni xəlvətiliyin əksinə olaraq, xalqla birlikdə olmağa üstünlük vermiş, cəlvətiliyə çevrilmişdir.
Onun hər hansı bir əsərinin olması barədə mənbələrdə məlumat verilmir. Ancaq mənqəbənamələrdə onun bəzi sözləri nəql edilmişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ömər Xəlvəti haqqında məlumat. Ömər Xəlvəti nədir? Ömər Xəlvəti nə deməkdir?