Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı

Çjou sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Çjou sülaləsi

Çjou sülaləsi (çin. 周朝) — Çin xanədanı.

Mündəricat

Tarixi

E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını qurdu. Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100-221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122-771-ci illər) və Şərqi Çjou (Sonrakı) (E.ə. 770-256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722-481 və 481-221-ci illər.

Çjou hökmdarlarının ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında). Sonralar Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan şəhəri yaxınlığında).

Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta dövləti – Cun Quo konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin, Sun, Lu, Yus, U mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz. Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab nöqtəsidir, geridə qalanlar isə – barbarlardır. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.

Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə. 476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik hökmdarlıqlar yarandı. Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi məhz bu zamanda yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən əxlaqi-etik normalar tətbiq etmişdir.

Bununla belə, bu dövr bəşər tarixinə həmçinin dəmirin əridilməsi texnologiyasının, baltadan, kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması dövrü kimi də düşmüşdür. Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı. Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.

E.ə. IV-III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Tsin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228-221-ci illərdə isə digər hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.

Tsin Şixuan Döyüşən çarlıqların separatizminə son qoyaraq Çin tarixində ilk dəfə çoxmillətli mərkəzləşdirilmiş dövləti – Tsin imperiyasını yaradır.

Qaleriya

  • Bürünc qab, Defan, Qərbi Çjou
    Bürünc qab, Defan, Qərbi Çjou
  • Bürünc qab, Dake, Qərbi Çjou
    Bürünc qab, Dake, Qərbi Çjou
  • Bürünc qab, Qərb Çjou
    Bürünc qab, Qərb Çjou
  • Бронзовый ритуальный Цичхун Ху, Qərbi Çjou
    Бронзовый ритуальный Цичхун Ху, Qərbi Çjou
  • Сосуд Доу с изображением сцены охоты, Şərqi Çjou
    Сосуд Доу с изображением сцены охоты, Şərqi Çjou
  • Сосуд Бо князя Цинь, Восточное Чжоу
    Сосуд Бо князя Цинь, Восточное Чжоу
  • Сосуд Пу с драконами, Şərqi Çjou
    Сосуд Пу с драконами, Şərqi Çjou
  • Нефритовый амулет Би с двумя драконами, Şərqi Çjou
    Нефритовый амулет Би с двумя драконами, Şərqi Çjou

Ədəbiyyat

  • Сыма Цянь. Исторические записки. Т. 1-2. (перевод Р.В.Вяткина)
  • Lee, Yuan-Yuan and Shen, Sinyan. (1999). Chinese Musical Instruments (Chinese Music Monograph Series). Chinese Music Society of North America Press. ISBN 1-880464-03-9
  • Shen, Sinyan (1987), Acoustics of Ancient Chinese Bells, Scientific American, 256, 94.
  • Sun, Yan. 2006. "Cultural and Political Control in North China: Style and Use of the Bronzes of Yan at Liulihe during the Early Western Zhou." In: Contact and Exchange in the Ancient World. Edited by Victor H. Mair. University of Hawai'i Press, Honolulu. Pages 215-237. ISBN 978-0-8248-2884-4; ISBN 0-8248-2884-4.
  • Feng, Li. 2006. Landscape and Power in Early China: The Crisis and Fall of the Western Zhou 1045-771 BC

Həmçinin bax

  • Çin tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çjou sülaləsi haqqında məlumat. Çjou sülaləsi nədir? Çjou sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Viktoriya gölü

  • Fevral 27, 2026

    Byttnerioideae

  • Fevral 27, 2026

    Sinoykizm

  • Fevral 24, 2026

    Esxil

  • Fevral 27, 2026

    Fəsiləüstü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst