Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çimnaz Sultanova (15 yanvar 1980, Bakı – 15 yanvar 2025, Bakı) — Azərbaycan aktrisası və müğənnisi. "Vicdan haqqı" serialında canlandırdığı Larisa obrazına görə

Çimnaz Sultanova

  • Ana Səhifə
  • Vikipediya
  • Çimnaz Sultanova

Çimnaz Sultanova (15 yanvar 1980, Bakı – 15 yanvar 2025, Bakı) — Azərbaycan aktrisası və müğənnisi. "Vicdan haqqı" serialında canlandırdığı Larisa obrazına görə tanınır.

Çimnaz Sultanova
Doğum adı Çimnaz Mütəllim qızı Heybətova
Doğum tarixi 15 yanvar 1980(1980-01-15)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 yanvar 2025(2025-01-15) (45 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti aktrisa, müğənni, biznes ledi
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
IMDb ID8703293

Mündəricat

İlk illəri və karyerası

Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda doğulmuşdur. Atası 1990-cı illərdə Azərbaycanda baş verən siyasi hadisələrdən narahat olduğu üçün ailəsi ilə Rusiyaya köçmüş və Moskvada böyümüşdür. O, bir müsahibəsində nənəsinin yəhudi olduğunu və uşaq olanda nənəsinin onu sinaqoqa apardığını bildirmişdir.

Sultanova əvvəlcə musiqi ilə məşğul olmuşdur. Rusdilli keçmiş sovet ölkələrinin tələbələrindən ibarət Almaniya şəhərciyinə köçmüş və Almaniyada beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil almışdır. 2001–2002-ci illərdə Almaniyada aktyorluq dərsləri almış, "Dram krujok"da aktyorluq sənəti üzrə məşğul olmuşdur. İsrail Mədəniyyət Mərkəzində aktyorluq sənəti ilə bağlı dərslər almış, ilk əsas səhnə təcrübəsində yəhudi kraliçası Esfiri canlandırmışdır. Azərbaycana qayıtdıqdan sonra 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissorluğu təhsili almışdır. Aktrisalıqdan əlavə olaraq özünə biznes qurmuş, bir neçə obyekt açmışdır.

Sultanova Azərbaycanda ilk dəfə "Sənə inanıram" serialında rol almışdır. Daha sonra "100 kağız", "Qisas", "Vicdan haqqı", "Sarı gəlin", "Satılmış ruhlar", "Bayram axşamı" kimi bir sıra serial və filmlərdə rol almışdır. O, "Vicdan haqqı" serialındakı Larisa rolu ilə məşhurlaşmışdır. Serialda evli kişi ilə münasibət yaşayan, Rusiyadan ona maddi dəstək göstərən personajı canlandırdığı üçün bu rolu azərbaycanlı izləyicilər tərəfindən tənqid olunmuş, təhqirlərə məruz qalmışdır. Onun "YouTube"da yayımlanan "Çimnazla yataqda" verilişi və 2023-cü ilin ortalarında teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açması qalmaqala səbəb olmuşdur.

Müsahibələrdən birində seriallardan olan qazancını xeyriyyə işlərinə sərf etdiyini bildirmişdir.

Şəxsi həyatı

Uşaqlıqdan tanıdığı və ailəvi yaxınlığı olan bir nəfərlə evlənsə də, daha sonra ondan ayrılmışdır. Keçmiş həyat yoldaşı fizika üzrə professordur və Almaniyada yaşayır. Cütlüyün bir oğlu olmuşdur.

15 yanvar 2025-ci ildə – öz ad günündə bağırsaq xərçəngi səbəbilə müalicə aldığı Milli Onkologiya Mərkəzində ölmüşdür. Onun xəstəliyi ölümündən 2 ay əvvəl üzə çıxmışdı. Əmircan qəbiristanlığında dəfn olunmuşdur.

Filmoqrafiya

İl Film / Serial Rol Qeydlər İst.
2013 "Sənə inanıram" (serial)
2014 "Qisas" (serial)
2015 "100 kağız" (film)
2016–2018 "Vicdan haqqı" (serial) Larisa baş rol
2016 "Bayram axşamı" (film)
2018 "Sarı gəlin" (serial) Solmaz
2019 "Oxşarabad" (film) falçı
2020 "Satılmış ruhlar" (serial) baş rol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çimnaz sultanova sözünün mənası, çimnaz sultanova haqqında məlumat. çimnaz sultanova nədir? çimnaz sultanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Opera müğənnisi

  • Fevral 27, 2026

    Varna (Bolqarıstan)

  • Mart 06, 2026

    Adsız ada

  • Fevral 27, 2026

    Qrad (silah)

  • Mart 01, 2026

    Kərtənkələcik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst