Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sayları 38 min nəfərdir, o cümlədən Oklahoma ştatında yerləşən tayfa ərazisində 7 min nəfərdən çoxdur (2010). Muskoq dilində danışırlar. İngilis dili də yayılmı

Çikasolar

  • Ana Səhifə
  • Vikipediya
  • Çikasolar

Çikasolar (çokto dilində – “yaxın zamanlarda gedənlər”) — ABŞ-də muskoqlar qrupundan hindi xalqı.

Çikaso döyüşçüsünün 18-ci əsrə aid heykəli

Mündəricat

Haqqında

Sayları 38 min nəfərdir, o cümlədən Oklahoma ştatında yerləşən tayfa ərazisində 7 min nəfərdən çoxdur (2010). Muskoq dilində danışırlar. İngilis dili də yayılmışdır. Yazıları latın əlifbası əsasındadır. Dindarları xristiandır.

Tarixi

12–15-ci əsrlərdə çoktolarla birlikdə Missisipi çayının şərq sahillərinə gəlmiş, 16-cı əsrin əvvəllərində onlardan ayrılmışdılar. Ənənəvi mədəniyyətləri Şimali Amerikanın cənub-şərqi hindilər üçün səciyyəvidir. Talalarda toxa əkinçiliyi (qarğıdalı, yemiş, qabaq), ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul olurdular. Toxuculuq böyük əhəmiyyət kəsb edirdi. Ənənəvi evləri: hünd. 1 m-dək olan dairəvi torpaq bünövrənin üzərində tirlərdən tikilən, şüvüllərdən düzəldilən damının araları gil və otla doldurulan qış evi; düzbucaqlı, divarları ağardılmış ikiotaqlı yay evidir. Özünəməxsus idarəçilik sistemləri olan İspaniya və Panterlər fratriya sına, onlar da öz növbəsində qohumluğu ana xətti üzrə hesablanan 12 qəbiləyə bölünürdülər. Ali başçı (miko) yalnız İspaniya fratriyasından olurdu. Hərbi başçı (tişumiko) da var idi. Böyük ailə və matrilokal nikah mövcud idi. Ənənəvi etiqadları ruhların və əcdadların kultu, şamanizmdir; Çikasolar üçün ümumi ziyafət və rəqslərlə müşayiət olunan sağaltma ayini səciyyəvidir. Avropalılarla əlaqələr 1540-cı ildə başlamışdır. ABŞ-la bağlanmış qeyri-bərabər müqavilələr nəticəsində 18-ci əsrin sonları – 19-cu əsrin əvvəllərində tor paqla rının böyük hissəsini itirmiş, 1830-cu illər də “Hindi ərazisi” nə (indiki Oklahoma ştatı), çoktoların torpaqlarına köçməyə məcbur olmuşdular. 1855-ci ildə çoktolardan ayrılmışlar. Tayfa idarəçiliyində varlı metislər əsas rol oynayırdılar. 1970-ci ildə başçı (“qubernator”) seçmək hüququ qazanmışlar. Müasir Çikasolar fermer təsərrüfatı, muzdlu əməklə məşğul olurlar. Bəzi ənənəvi rəqslər və at yarışları qorunub saxlanılır.

Həmçinin bax

  • Oklahoma

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çikasolar haqqında məlumat. Çikasolar nədir? Çikasolar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    ABŞ prezidentləri

  • Fevral 23, 2026

    Tacura körfəzi

  • Fevral 24, 2026

    Avropa tarixi

  • Fevral 23, 2026

    İnformasiya

  • Fevral 23, 2026

    Koreya yarımadası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst