Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çerkası vilayəti Dnepr çayının orta axınının hər iki sahilində yerləşir. Sağsahil hissəsini, əsasən, Dneprboyu yüksəklik (maksimum hündürlüyü 270 m), solsahil h

Çerkası vilayəti

  • Ana Səhifə
  • Vikipediya
  • Çerkası vilayəti
Bu məqalə Çerkası vilayəti haqqındadır. eyni adlı şəhəri haqqında məqaləyə keçmək üçün Çerkası səhifəsinə baxın.

Çerkası vilayəti (ukr. Черкаська область) — Ukraynanın mərkəzində yerləşən vilayət.

Çerkası vilayəti
Черкаська область
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

49°26′40″ şm. e. 32°03′37″ ş. u.HGYO


Ölkə
  •  Ukrayna
İnzibati mərkəz Çerkasi
Tarixi və coğrafiyası
Yaradılıb 7 yanvar 1954
Sahəsi
  • 20.900 km²
Saat qurşağı
  • UTC+02:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 1.160.744 nəf. (2022)
Rəqəmsal identifikatorlar
ISO kodu UA-71
Telefon kodu 47
Avtomobil nömrəsi 24, CA
Rəsmi sayt
Rəsmi sayt
Çerkası vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Sahəsi

Sahəsi 20,9 min km2 .

Əhalisi

Əhalisi 1,3 milyon (2006). 20 rayonu, 16 şəhəri, 15 ştq. var. Mərkəzi Çerkası şəhəridir.

Təbiəti

Çerkası vilayəti Dnepr çayının orta axınının hər iki sahilində yerləşir. Sağsahil hissəsini, əsasən, Dneprboyu yüksəklik (maksimum hündürlüyü 270 m), solsahil hissəsini isə Dneprboyu ovalıq tutur. İqlimi mülayim kontinentaldır. Orta temperaturu yanvarda – 5,9 °C, iyulda 19,5 °C-dir. İllik yağıntı 450–560 mm. Ən böyük çayı Dneprdir. Kremençuq və Kanev su anbarlarının bir hissəsi Çerkası vilayətindədir. Əsasən, qara, boz, çəmən və çimli torpaqlar yayılmışdır. Ərazinin təqribən 1/6-i meşədir. Sığır, maral, cüyür, çöldonuzu, sincab, canavar, tülkü, dovşan, dələ, qunduz, susamuru, ördək, cüllüt və s. var.

Təsərrüfatı

Sənaye istehsalının strukturunda yeyinti sənayesi (39,9%), kimya sənayesi (26,9%), maşınqayırma və metal emalı (8%), yüngül sənaye (1,5%) üstünlük təşkil edir. Kömür, elektrik enerjisi hasil edilir; kimya sənayesi üçün mineral gübrələr, kimyəvi liflər, lak-boya materialları, kimyəvi reaktivlər, həll edicilər, polimer pərdə, dərman preparatları, ammonyak; emal sənayesi üçün hesablama texnikası, texnoloji avadanlıq; heyvandarlıq və yem istehsalı üçün maşın və avadanlıq istehsal olunur; xalq istehlakı mallarının istehsalı üzrə 300-dən çox sənaye müəssisəsi var. Ukraynanın yüksək inkişaf etmiş kənd təsərrüfatı regionudur, taxıl-çuğundur bitkiçiliyi, ətlik-südlük heyvandarlıq üzrə ixtisaslaşır. 539 kollektiv kənd təsərrüfatı müəssisəsi, 34 sovxoz və 555 fermer təsərrüfatı fəaliyyət göstərir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çerkası vilayəti haqqında məlumat. Çerkası vilayəti nədir? Çerkası vilayəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    SS

  • Mart 02, 2026

    Upa

  • Fevral 27, 2026

    Hornblend

  • Fevral 27, 2026

    Daraqayaqlılar

  • Mart 01, 2026

    Parazitar xəstəliklər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst