Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adl

Çaylı (Ağdərə)

  • Ana Səhifə
  • Vikipediya
  • Çaylı (Ağdərə)

Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.

Çaylı
40°20′23″ şm. e. 46°49′18″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 32
Çaylı xəritədə
Çaylı
Çaylı

Mündəricat

Toponimikası

Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır.

Tarixi

ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur.

Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı (yəni Yuxarı Çaylı) və Nerkin Çaylı (yəni Aşağı Çaylı) kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı.

Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.

Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.

Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir.

Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yaradılmış, və kənd Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.

Coğrafiyası və iqlimi

Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

2017-ci ildə Çaylı kəndinə 450 metr 6 kV-luq, 2 km 0.4 kV-luq hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla da 22 il elektrik enerjisiz qalan Çaylı kəndində elektrik enerjisi bərpa olunub.

Həmçinin bax

  • Aşağı Çaylı
  • Yuxarı Çaylı
  • Çaylı döyüşü

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çaylı (Ağdərə) haqqında məlumat. Çaylı (Ağdərə) nədir? Çaylı (Ağdərə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Akonkaqua

  • Fevral 23, 2026

    Xristianlıq

  • Fevral 23, 2026

    9 yanvar

  • Fevral 24, 2026

    Nyufaundlend

  • Fevral 24, 2026

    Nigar Camal

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst