Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyça

Çaxırlı (Masallı)

  • Ana Səhifə
  • Vikipediya
  • Çaxırlı (Masallı)

Çaxırlı — Azərbaycan Respublikasının Masallı rayonunun Çaxırlı kənd inzibati ərazi dairəsində kənd.

Çaxırlı
39°05′09″ şm. e. 48°39′54″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 2.014 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4414
Xəritəni göstər/gizlə
Çaxırlı xəritədə
Çaxırlı
Çaxırlı

Mündəricat

Əhalisi

Əhalisi 2014 nəfərdir.

Toponimiyası

Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda (indiki Ermənistan) Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII–XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür. Alimin fikrincə toponimin düzgün yazılışı Çakirli olmalıdır. A. A. Bakıxanov Gülüstanı–İrəm əsərində bu tayfanın adını Çakərlu kimi qeyd etmişdir. Çakirli tayfaları həmçinin Cəyirlilər kimi tanınmışdır. Çaxırlı toponimi XVI əsrdən sonrakı yüziliklərdə yaranmışdır. Bu tayfanın rayonumuzda məskunlaşmasından əvvəl bu yerlərdə qədim insan məskənləri olmuşdur. Çaxırlıda aşkar edilən tunc dövrünə aid kurqan bu fikri bir daha təsdiq edir. Qazıntılar zamanı tapılan küp qəbirləri buna bir daha əsas gətirir. Hal–hazırda məskunlaşan əhalinin bura gəlməsindən qabaqlar burada yaşayış məskəni olub. Həmən kənd hal–hazırda ”ocaq başı” kimi tanınan yerdə olub. Zəlzələ və kiçik vulkan püskürməsi nəticəsində həmən yaşayış məskəni dağılıb. Keçmiş rus xəritələrində bu yer Çaxırlıdakı zəlzələnin mərkəzi kimi göstərilir. (belə qeyd olunur – “Epidtsentr Çakarlinskaya zemletresenie”)[mənbə göstərilməlidir]

Məşğuliyyəti

Keçmişdə burada yoxsul əhalinin çəltikçilik və heyvandarlıqla məşğul olması tarixi qaynaqlarda xəbər verilir. Çaxırlıda becərilən çəltik bütün Lənkəran qəzasında məşhur olub, sərgi salonlarında nümayiş etdirilib. Tarixi mənbələrdə göstərilir ki, 1889-cu ildə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində Çaxırlı kəndindən mülkədar Ter–Stepanov Akulə çəltiyi ilə iştirakına görə gümüş medal və diplom ilə təltif olunmuşdu. Sonradan kənd əhalisi tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla məşğul olmuş, eyni zamanda bu sahədə nəaliyyətlər qazanmışlar. 1970–1980-ci illərdə üzümçülük və heyvandarlıqla məşğul olublar. Hal–hazırda taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldurlar.[mənbə göstərilməlidir]

Tarixi abidələri

Çaxırlıda Seyid Nəbiyəddin ocağıda var. Yerli əhali onun Səfəvilər nəslindən olmasını söyləyir və seyid olduğuna görə qəbrini ziyarət edirlər. Tədqiqatçı jurnalist mərhum Novruz Novruzovun qeyd etdiyinə görə seyid Nəbiyəddin indiki İran İslam Respublikasının Ərdəbil şəhərinin yaxınlığındakı Şarafabad mahalından köçüb rayonumuzun Şərəfə kəndində məskunlaşmışdır. Şərəfə kəndinin adı da onunla bağlıdır. O, dövrdə orada qəbirəstanlıq olmadığından, onu Çaxırlı kəndində dəfn ediblər. Çünki Çaxırlı kəndi qədim yaşayış məskəni idi. Çaxırlıda Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə “abidə kompleksi” tikilmişdir.[mənbə göstərilməlidir]

Təhsil

Kənddə ilk dərs demək üçün sinif kəndin varlı adamı (1930-cu ildə) Mirzə Əhədin evi müsadirə edilərək orada yerləşib, sonralar isə Şahhüseyn damı deyilən yerə köçürülüb. İlk orta məktəb 1958-ci ildə istifadəyə verilib. Məktəbin ilk direktoru Nəbiyev Məmməd Fəyyaz oğlu olmuşdur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çaxırlı (masallı) sözünün mənası, çaxırlı (masallı) haqqında məlumat. çaxırlı (masallı) nədir? çaxırlı (masallı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Napoleon məcəlləsi

  • Fevral 27, 2026

    Urologiya

  • Mart 01, 2026

    Libero (voleybol)

  • Fevral 26, 2026

    Pamir dağları

  • Mart 02, 2026

    Ferhat Göçer

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst