Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşmə

Çanaq (anatomiya)

  • Ana Səhifə
  • Vikipediya
  • Çanaq (anatomiya)

Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur.

Çanaq
Kişi çanağı
Kişi çanağı
Qadın çanağı
Qadın çanağı
Latınca Pelvis
Qrey subyekt 58 238
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Çanaq boşluğu

Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14–16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz — qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür:

  • yuxarı, geniş hissə — böyük çanaq (lat. pelvis major);
  • aşağı dar hissə — kiçik çanaq (lat. pelvis minor).

Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat. symphisis pubica) yuxarı kənarından keçir.

Böyük çanaq

Böyük çanaq boşluğu qarın boşluğunun aşağı şöbəsini təşkil edir. Burada aşağı qarın boşluğu orqanları yerləşir.

Kiçik çanaq

Kiçik çanaqda isə sidiklik, düz bağırsaq, qadınlarda uşaqlıq, uşaqlıq borusu, yumurtalıq artımları, yumurtalıq, uşaqlıq yolu, kişilərdə prostat və toxum kisəsi yerləşir.

Cinsi xüsusiyyəti

Həddi büluğa çatmış insanlarda çanaq qurşağı cinsə müvafiq formalaşmış olur. Belə ki, qadınlarda çanaq qurşağı və onun boşluğu kişilərlə müqayisədə daha geniş olur. Bu da hamiləlik və doğuş kimi fizioloji proseslərlə əlaqəlidir. Çanaq qurşağının forma və ölçüləri doğuş prosessi üçün çox vacib şərtlərdən sayılır. Çanaq qurşağının ölçülərini qadınlarda təyin etmək üçün xüsusi Martina çanaqölçənindən, eləcə də uşaqlıq yolundan bimanual müayinə üsulundan istifadə olunur.

Çanaq qurşağı əzələləri

Çanağın adsız sümüklərinə ön və arxadan qarın, həmçinin bel və fəqərə əzələləri bağlanır, bundan başqa bir neçə aşağı ətraf əzələləri ondan başlanğıc götürürlər. Çanaq qurşağı əzələləri daxili və xarici olmaqla iki qrupa bölünür:

  • Daxili qrup: böyük bel əzələsi  · kiçik bel əzələsi  · qalça əzələsi  · qalça-bel əzələsi  · daxili qapayıcı əzələ  · armudu əzələ
  • Xarici qrup: böyük sağrı əzələsi  · orta sağrı əzələsi  · kiçik sağrı əzələsi  · budun kvadrat əzələsi  · yuxarı ekiz əzələ  · aşağı ekiz əzələ  · xarici qapayıcı əzələ  · budun enli fassiyasını gərginləşdirən əzələ

Həmçinin bax

  • Çanaq sümüyü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çanaq (anatomiya) haqqında məlumat. Çanaq (anatomiya) nədir? Çanaq (anatomiya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fliqeli burnu

  • Fevral 27, 2026

    1945-ci il

  • Fevral 27, 2026

    AirBaltic

  • Fevral 25, 2026

    Ruminantia

  • Fevral 27, 2026

    Xəlifə Ömər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst