Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əvəz Tapdıq oğlu Zeynallı (1 yanvar 1970, Ağbulaq, Krasnoselsk rayonu) — azərbaycanlı tənqidçi, araşdırmacı jurnalist, "Xural" Media Qrupunun rəhbəri, Xural TV

Əvəz Zeynallı

  • Ana Səhifə
  • Vikipediya
  • Əvəz Zeynallı

Əvəz Tapdıq oğlu Zeynallı (1 yanvar 1970, Ağbulaq, Krasnoselsk rayonu) — azərbaycanlı tənqidçi, araşdırmacı jurnalist, "Xural" Media Qrupunun rəhbəri, Xural TV onlayn YouTube kanalının təsisçisi, "Siyasət Meydanı" ictimai-siyasi verlişinin müəllif və aparıcısı.

Əvəz Zeynallı
Doğum tarixi 1 yanvar 1970(1970-01-01) (56 yaş)
Doğum yeri
  • Ağbulaq, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Təhsili
  • Ankara Universitetinin Hüquq fakültəsi[d] (1991–1999)
Fəaliyyəti jurnalist

Mündəricat

Həyatı

Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb.

Ailəsi

Əvəz Zeynallı ailəlidir, həyat yoldaşı Məlahət Zeynallı da jurnalist fəaliyyəti ilə məşğuldur. Onların iki qız övladı var.

İctimai fəaliyyəti

Əvəz Zeynallı Türkiyədə olarkən "Böyük Gələcək" dərgisini nəşr etdirib.

1999-cu ildən etibarən "Günaydın", "P. S.", "Millətin səsi" qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib. 2010-cu ildən onun rəhbərlik etdiyi https://www.xural.com/ saytı fəaliyyət göstərir.

Yaradıcılığı

Əvəz Zeynallı Milli Sevgililər günü ideyasını ərsəyə gətirərək 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü "30 iyun" Azərbaycanda Sevgililər günü kimi qeyd olunmasının təklifi verən jurnalist kimi bu istiqamətdə təbliğat aparmışdır.

O, 2006-cı ildə "30 İyun-Sevgililər Günü" və 2011–2014-cü illərdə həbsxanada olarkən yazdığı 40 cildlik (4 dəfə nəşr olunub) "Selcanın Məmləkəti" həbsxana gündəlikləri kitabının müəllifidir.

2005-ci ildə tərcümə etdiyi Adolf Hitlerin "Mənim savaşım" (Mein Kampf) kitabını nəşr etdirib. Əvəz Zeynallının növbəti tərcümə və dərc etdiyi kitab Daniel Yerginin "Petrol" əsəridir.

Həbsləri

2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları irəli sürülərək azadlıqdan məhrum edilib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxmışdır.

Əvəz Zeynallı 2022-ci il 10 sentyabr tarixində Cinayət Məcəlləsinin 311.3.3, daha sonra Cinayət Məcəlləsinin 312–1 maddəsi ilə irəli sürülən ittiham ilə həbs olunub. Bütün irəli sürülən ittihamları qəbul etməyən jurnalist, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Əvəz Zeynallının 2011-ci ildə həbs edilməsi ilə bağlı qərarını elan edib. Məhkəmə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5§ 3, 6§ 1, 6§ 3(d), 8 və 10-cu maddələrinin pozuntusunu tanıyıb: "Bu qərardan sonra Ali Məhkəmə Əvəz Zeynallıya bəraət verməli və vurulmuş mənəvi, maddi zərərə görə kompensasiya ödəməlidir".

Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciət əsasında azadlığa buraxılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əvəz zeynallı sözünün mənası, əvəz zeynallı haqqında məlumat. əvəz zeynallı nədir? əvəz zeynallı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Transneptun obyektlər

  • Fevral 27, 2026

    Heydelberq

  • Mart 06, 2026

    Mailə Muradxanlı

  • Fevral 26, 2026

    Salka

  • Mart 01, 2026

    Mimansa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst