Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi.

Əsgəran döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Əsgəran döyüşü

Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi.

Bakı döyüşü
Azərbaycan-Ermənistan müharibəsi
Tarix 21 mart – 3 aprel, 1920
Yeri Əsgəran
Səbəbi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçməsi
Vəziyyəti Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü
Ərazi dəyişikliyi Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi. Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəmləndirilmiş məntəqələri erməni silahlı dəstələrindən azad etdilər. Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı.
Münaqişə tərəfləri

Azərbaycan Xalq Cümhuriyyəti

bilinmir

Komandan(lar)

Həbib bəy Səlimov

bilinmir

Tərəflərin qüvvəsi

5-ci Bakı piyada alayının bölmələri,
Parlament Mühafizə Dəstəsi və partizan dəstələri,
1-ci Süvari Alayı
Zaqatala Piyada Alayı,
7-ci Şirvan Alayı,

Dağ Topçu Batareyası

Erməni-daşnak dəstələri

    Mündəricat

    Hadisələrin gedişatı

    Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi.

    Döyüş

    Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament Mühafizə Dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramort (indiki Pirlər) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxılaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak dəstələri Azərbaycan qüvvələrinin qarşısını saxlayıb, hətta geri çəkilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmadı. Döyüşün aparılmasında partizanlara deyil, nizami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala Piyada Alayının, 7-ci Şirvan Alayının, 1-ci Azərbaycan Süvari Alayının, bir Dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. Bu qüvvələrin Ağdama yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil edildi. Hücum 1920-ci il aprelin 3-də başladı. Dəqiq planlaşdırılan döyüş Azərbaycan ordusu hissələrinin qələbəsi ilə nəticələndi. İlk hücumdakı marşrut üzrə irəliləyən Azərbaycan qüvvələri daşnakların bütün müqavimətini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi. Azərbaycanın qoşun bölmələri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik (indiki Xocalı rayonundan ərazisindəki Naxçıvanlı kəndinin üzərindəki yüksəklik) kimi möhkəmləndirilmiş məntəqələri erməni silahlı dəstələrindən azad etdilər.

    Əsgəran döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı.

    Həmçinin bax

    • Bakı döyüşü
    • Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əsgəran döyüşü haqqında məlumat. Əsgəran döyüşü nədir? Əsgəran döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Pelekanon döyüşü

    • Fevral 27, 2026

      Rota

    • Fevral 27, 2026

      Bratsk

    • Fevral 27, 2026

      Robert Nobel

    • Fevral 27, 2026

      Satılqan Gəray

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst