Ərikli kəndi — Qərbi Azərbaycanın Qarakilsə rayonunda yerləşən, hal-hazırda tərk edilmiş yaşayış məskəni.
| Ərikli | |
|---|---|
| Ölkə |
|
Tarixi
Ərikli Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Etimologiyası
Toponim ərik meyvə adına "-li" sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əhalisi
1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan:
- Allahverdi Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Rzaqulu, Qardaşları: Həzrətqulu, Allahverən
- Bəylər Rəhim oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşı: Rüstəm
- Fərzəli Abdulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşları: Piri, Qənbər
- Məmmədbağır Əsədulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Məmmədcəfər (oğlu: Nəsir), Fərzalı
- İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Abdulla
- Vəli Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Həsən
- Хanməmməd Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Oruc
1873-cü ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan:
- İbrahim Namaz oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Mirzalı (oğlu: Seyidalı), Məsum, Qulu
- İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Abdulla, Əsədulla, Əziz
Kənddə 1873-cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914-cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1917–18-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xarabalıq yerdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ərikli (sisyan) sözünün mənası, ərikli (sisyan) haqqında məlumat. ərikli (sisyan) nədir? ərikli (sisyan) nə deməkdir?