Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərdəbil xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin Ərdəbil qrupuna aid xovlu xalçalar.

Ərdəbil xalçası

  • Ana Səhifə
  • Vikipediya
  • Ərdəbil xalçası

Ərdəbil xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin Ərdəbil qrupuna aid xovlu xalçalar.

Xalça
Ərdəbil xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Ərdəbil xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Ərdəbil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Ərdəbil bölgəsində xalçaçılıq

Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Ancaq Ərdəbildə toxunan xalça və palazlar digər sahələri çox arxada qoymuşdur. Azərbaycan xalçaçılığında özünəməxsus yerə malik olan Ərdəbil xalçalarının tarixi zəngin və qədimdir.

Burada toxunan xalçalar "Ərdəbil xalçaları" adlanırdı, lakin XVI – XVII əsrlərdən başlayaraq əyri nəbati naxışların inkişafı və çox sayda yeni xalça kompozisiyalarının əmələ gəlməsi ilə Ərdəbil xalçaları "Ağaclı xalçaları", "Ləçəkturunc xalçaları, "Şeyx Səfi", "Şahabbası xalçaları", Əfşan xalçaları adı ilə istehsal olunmağa başladı. Ərdəbil və onun ətraf kəndləri hələ qədim dövrlərdən rəngli, əlvan parçaların, təbii iplikdən hazırlanan geyimlərin, xovsuz və xovlu xalçaların istehsal mərkəzi olmuşdur. Ərdəbildə yüksək sənətkarlığa nail olmuş və onun bədii ənənələrini davam etdirən, xalça işinin görkəmli, istedadlı ustadlarını Türkiyə, Əfqanıstan, Hindistan kimi ölkələrə işə dəvət edirdilər. Əsasən Ərdəbildən, Təbrizdən və Kaşandan gəlmə ustalar Hindistana köçüb, orada İran – hind xalçaçılığının yeni məktəbini yaratdılar.

Bədii xüsusiyyətləri

Ərdəbildə və onun ətraflarında (Namin, Ağbulaq, Miriş, Mir, Astara və başqaları) müxtəlif keyfiyyətdə, müxtəlif növdə və sıxlıqda xalçalar toxuyurlar. Kiçik ölçülü namazlıq xalçaların (100x150sm) əsas istehsal mərkəzi Ərdəbil olmuşdur. Xalçaçılıq məntəqələrində istehsal olunan namazlıqların orta sahəsinin naxışları dini xarakterli ornamental üslublaşdırılmış yazılardan ibarət olardı. Tağın forması çox vaxt mürəkkəb konturlu rəsmlə ifadə olunur. Bunlar Quran ayələrindən və dualardan sətirlərdir. Bu yazılar möminlər üçün müqəddəs olub, namaz qılma mərasimi ilə əlaqədardır. Müqəddəs sətirlər, bir qayda olaraq, xalçanın yuxarı hissəsində yerləşdirilir. Namazlıqlar, adətən, məhrabla (tağla – ləçəklə) olur.

Texniki xüsusiyyətləri

"Ərdəbil xalçaları" müxtəlif keyfiyyətdə, müxtəlif növdə toxunduğundan bu xalçaların ölçüləri, hər kvadrat desimetrdə və eləcə də hər kvadrat metrdə vurulan ilmələrin sıxlığı, həmçinin bu xalçaların xovunun uzunluğu müxtəlif ölçülərdədir.

Həmçinin bax

  • Azərbaycan xalçaları
  • Şeyx Səfi xalçası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ərdəbil xalçası sözünün mənası, ərdəbil xalçası haqqında məlumat. ərdəbil xalçası nədir? ərdəbil xalçası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Propretor

  • Fevral 27, 2026

    Hathor

  • Fevral 27, 2026

    İnquş dili

  • Fevral 27, 2026

    Polkovnik Cek

  • Fevral 27, 2026

    Limon

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst