Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu pr

Ərazi bütövlüyü

  • Ana Səhifə
  • Vikipediya
  • Ərazi bütövlüyü

Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur.

Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır.

Mündəricat

Tarixi

Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.

Vestfaliya beynəlxalq münasibətlər sistemi konsepsiyasının tərəfdarları belə hesab edirlər ki, ərazi bütövlüyünün müasir ideyası 1648-ci il Vestfaliya Sülhü ilə bərqərar olmuşdur. Bununla yanaşı, qədim Çin və Şimali Amerika və Avstraliyanın qədim yerli mədəniyyətləri, eləcə də digər mədəniyyətlər, regional bütövlüyü də əhatə edən müxtəlif ərazi anlayışlarını irəli sürürlər.

Millətlər Liqası ərazi bütövlüyü və beynəlxalq hüququn digər prinsiplərini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdu. Liqa İtaliyanın Efiopiyanı işğal etməsini qınamışdı. Liqa həmçinin Mancuriyada və Daxili Monqolustan Muxtar Rayonunun şərqində Mançjou-qonun yaradılmasına görə Çin Respublikasını açıq-aşkar dəstəkləmişdi. Tarixçilərin əksəriyyəti qeyd edirdi ki, Liqa bu qərarlarını effektiv şəkildə yerinə yetirə bilmədiyinə görə nüfuzunu itirmişdi.

BMT-nin, sonralar isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) yaradılması ilə ərazi bütövlüyü beynəlxalq qətnamələrin tərkib hissəsinə çevrildi. Helsinki Yekun Aktı, digər məsələlərlə yanaşı sərhədlərin toxunulmazlığına və dövlətlərin ərazi bütövlüyünə də toxunmuşdu.

Müasir dövrdə

Son dövrlərdə (II Dünya Müharibəsindən sonra) ərazi bütövlüyünün ciddi tətbiqi bir sıra problemlərin yaranmasına gətirib çıxardı və "yer üzündə" reallıqla qarşılaşdıqda ərazi bütövlüyü məsələsi çox süni bir quruluş kimi qəbul edilə bilər.

Lixtenşteyn knyazı II Hans Adam, 25 yanvar 2001-ci ildə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda çıxış edərkən tarixi normalara uyğun olaraq ərazi bütövlüyünə daha çevik yanaşma tələb etmiş və qeyd eləmişdir ki, "Gəlin dövlətlərin, onları yaradan insanlara bənzər həyata sahib olduqlarını qəbul edək. Birləşmiş Millətlər Təşkilatının hər hansı bir üzv dövləti indiki sərhədləri daxilində beş nəsildən artıqdır ki mövcuddur. İnsan təkamülünü dondurmaq cəhdi keçmişdə mənasız məsuliyyətə səbəb olmuş və ehtimal ki, belə bir prosesə sülh yolu ilə nəzarət edilməsindən daha çox zorakılığa səbəb olmuşdur. Öz müqəddəratını təyin etməyə qoyulan məhdudiyyət təkcə demokratiyanın özünü deyil, həm də demokratiya quruluşunda qanunçuluq istəyən dövləti də təhdid edir."

2005-ci il Dünya Samitində dünya dövlətləri "Qorumaq məsuliyyəti" məsələsində razılığa gəldi və humanitar müdaxilə hüququnu tanıdı. Bunun suverenlik və ərazi bütövlüyü konsepsiyalarının çevik tətbiqinə, ərazinin de-fakto statusuna ciddi riayət olunmasını asanlaşdırmaq və bu statusu nəzərə almaqla və hər bir hal üzrə işdə iştirak edən digər amillərin nəzərə alınacağına imkan verəcəyi iddia edilirdi. 28 aprel 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1674 saylı qətnaməsi "2005-ci il Dünya Samitinin Yekun Sənədinin əhalini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qoruma məsuliyyəti ilə əlaqədar 138 və 139-cu bəndlərinin müddəalarını təsdiq edirdi".

Bununla belə, "qorumaq məsuliyyəti" yalnız xarici qüvvələrin suverenliyi ləğv etmək imkanına aiddir və sərhədlərin dəyişməsini açıq şəkildə əks etdirmir.

Həmçinin bax

  • Aktiv separatçı hərəkatların siyahısı
  • Təcavüz cinayəti
  • Sesessiya
  • Öz müqəddəratını təyin etmə
  • Rusiyanın Ukraynaya hərbi müdaxiləsi (2014–indiyədək)
  • Uti possidetis

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərazi bütövlüyü haqqında məlumat. Ərazi bütövlüyü nədir? Ərazi bütövlüyü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ninəvə mühafazası

  • Fevral 27, 2026

    Şarja əmirliyi

  • Fevral 25, 2026

    Kvarsit

  • Fevral 27, 2026

    Stoisizm

  • Fevral 26, 2026

    Kirlənmə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst