Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əmir-Abbas Hüveyda (fars. امیرعباس هویدا‎; 18 fevral 1919[…], Tehran – 7 aprel 1979[…], Tehran) — İranın dövlət xadimi. 1965-ci ilin 27 yanvar tarixindən 7 avqu

Əmir-Abbas Hüveyda

  • Ana Səhifə
  • Vikipediya
  • Əmir-Abbas Hüveyda

Əmir-Abbas Hüveyda (fars. امیرعباس هویدا‎; 18 fevral 1919[…], Tehran – 7 aprel 1979[…], Tehran) — İranın dövlət xadimi. 1965-ci ilin 27 yanvar tarixindən 7 avqust 1977-ci il tarixinədək İranın baş naziri. 13 ilə yaxın İran Baş Naziri olaraq İran tarixində ən çox bu vəzifəni tutan şəxsdir.

Əmir-Abbas Hüveyda
fars. امیرعباس هویدا‎
İranın 70-ci baş naziri
ƏvvəlkiHəsən Əli Mənsur
SonrakıCəmşid Amuzəgar
Şəxsi məlumatlar
Doğum tarixi 18 fevral 1919(1919-02-18)[…]
Doğum yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat tarixi 7 aprel 1979(1979-04-07)[…] (60 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat səbəbi güllələnmə[d]
Dəfn yeri
  • Behişti-Zəhra
Fəaliyyəti siyasətçi, diplomat, yazıçı
Dini Bəhailik

Təltifləri "Fəxri legion" ordeninin böyük xaçı Grand Cross of the Order of Cisneros — 1975
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paris və Brüsseldə siyasi elmlər üzrə təhsil aldıqdan sonra İrana qayıtmış və hərbi xidmətə yollanmışdır. Daha sonra İran Xarici İşlər Nazirliyinə daxil olmuş, daha sonralar Paris (1945–1947), Bonn (1947–1952) və Ankaradakı (1957) İran səfirliklərində, BMT-də (1951–1957) çalışmışdır. 1958-ci ildə İran Milli Neft Şirkətində idarə heyətinə üzv təyin olunmuşdur.

1963-cü ildə Yeni İran Partiyasının qurulmasında iştirak etmişdir. 1965-ci ildə dönəmin baş naziri Həsən Əli Mənsurun öldürülməsindən sonra baş nazir vəzifəsinə təyin olunmuşdur. Baş nazir olmaqla yanaşı ölkənin yeganə qanuni siyasi partiyası olan Yeni İran Partiyasının və daha sonra onun yerinə keçən Rastahiz (yenidən canlanma) partiyasının da rəhbəri olmuşdur. Bu dönəmdə İranla Qərb neft şirkətləri arasında müxtəlif müqavilələr imzalamağa başlamışdır.

Buna baxmayaraq, 7 avqust 1977-ci ildə İranda baş qaldıran etirzaların səbəbkarı olaraq görüldü və vəzifəsindən istefaya göndərildi, yerinə Cəmşid Amuzəgar gətirildi. 1978-ci ilin noyabrinda isə İranda əks-inqilabi qüvvələrə qarşı vuruşan şah yönümlü hərbi rejim tərəfindən ev həbsinə məhkum edildi. 1979-cu il inqilabında Ruhulla Xomeyninin hakimiyyətə gəlməsindən sonra 1979-cu ilin fevralinda təslim oldu. 2 ay sonra Ruhulla Xomeyninin tələbəsi olan Sadıq Xalxalinin rəhbərlik etdiyi İslami İnqilab Məhkəməsi tərəfindən güllələnərək edam olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmir-Abbas Hüveyda haqqında məlumat. Əmir-Abbas Hüveyda nədir? Əmir-Abbas Hüveyda nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Km

  • Fevral 24, 2026

    Diplomat

  • Fevral 25, 2026

    Qambiya

  • Fevral 27, 2026

    Aksi döyüşü

  • Fevral 27, 2026

    Zərkənd

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst