Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı – 2 avqust 2007, Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş

Ələkbər Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Ələkbər Hüseynov

Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı – 2 avqust 2007, Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.

Ələkbər Hüseynov
Ələkbər Adıgözəl oğlu Hüseynov
Digər adı Ələkbər əmi
Doğum tarixi 7 iyul 1961(1961-07-07)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 avqust 2007(2007-08-02) (46 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi Hepatit
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Afaq Hüseynova
Fəaliyyəti aktyor, televiziya aktyoru
Fəaliyyət illəri 1983–2007
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Humay" mükafatı
Təbəssüm Ordeni
IMDb ID2928019

Mündəricat

Həyatı

Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Aparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur.

Əsas rolları

Azərbaycan Dövlət Kukla Teatrı

  1. Pəri cadu (Ə. Haqverdiyev) — Qurban
  2. Bülbül (H. X. Andersen) — nağılçı; Çin imperatoru
  3. Qara rəngin nağılı (N. Bədəlov) — Aydın
  4. Tıq-tıq xanım (R. Əlizadə) — dirijor; qoca; müğənni
  5. Qar qız (A. Ostrovski) — Lel
  6. Keçəlin toyu (R. Əlizadə) — keçəl

Filmoqrafiya

  1. Yaşıl eynəkli adam (film, 1987)
  2. Analar (film, 1988)
  3. Etiraf (film, 1992)
  4. Köpək (film, 1994)
  5. Bala-başa bəla! (film, 1995)
  6. Təsadüfi görüş (film, 1999)
  7. Yaşıl eynəkli adam-2 (film, 1999)
  8. Yaşıl eynəkli adam-3 (film, 2002)
  9. Bir anın həqiqəti (film, 2003)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ələkbər hüseynov sözünün mənası, ələkbər hüseynov haqqında məlumat. ələkbər hüseynov nədir? ələkbər hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Tamil dili

  • Fevral 27, 2026

    Tuti (jurnal)

  • Fevral 27, 2026

    Nominalizm

  • Fevral 24, 2026

    1790-cı illər

  • Fevral 27, 2026

    Partlayıcı maddələr

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst