Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlkimya və ya kimyagərlik — elmi biliklər sisteminə əsaslanmayan 4–16 əsrlər kimyasının adı. Əlkimya, Fəlsəfə daşı adlanan mövhumi daş vasitəsilə ucuz mis və qu

Əlkimya

  • Ana Səhifə
  • Vikipediya
  • Əlkimya

Əlkimya və ya kimyagərlik — elmi biliklər sisteminə əsaslanmayan 4–16 əsrlər kimyasının adı. Əlkimya, Fəlsəfə daşı adlanan mövhumi daş vasitəsilə ucuz mis və qurğuşun metallarını qızıl və gümüşə çevirməyin mümkün olması kimi yanlış ideya üzərində qurulmuşdu. Orta əsrlərdə kimya elmi yaranana qədər elmin, magiyanın və dinin əcaib qarşığından ibarət olan əlikimya mövcud olmuşdur. Əlkimya ilə məşğul olan kimyagərlər öz yanlış ideyalarına nail ola bilməsələr də, tətbiqi kimyanın inkişafına müəyyən dərəcədə xidmət göstərmiş və istifadə etdikləri kimyəvi prosesləri tədriclə təkmilləşdirmişlər. Əlkimya III–IV əsrlərdə Misirdə meydana gəlmişdi. Orta əsrlərdə Avropada geniş yayılmışdı. Əlkimyaçıların (kimyagərlərin) əsas məqsədi oksidləşən (qeyri-nəcib) metalların qızıl və gümüşə (nəcib metallara) çevrilməsinə yardım edəcək "fəlsəfə daşı"nın, eləcə də "əbədi həyat iksiri"nin tapılmasından ibarət idi. Kimyagərlərin tədqiqatlarının praktiki nəticəsi bir çox qiymətli məhsulların — qarışıq metalların — xəlitələrin, mineral və bitki yağlarının, şirlərin (minaların), şüşə, dərman və s. alınmasına, eləcə də yeni kimyəvi cihazların yaradılmasına səbəb olmuşdur.

Mündəricat

Əlkimyada qovma

Əlkimyada qovma çox inkişaf etmişdi. Onlar qovma və ya distillə haqqında kitablar belə dərc edirdilər. Və hətta fosfor da sidiyin qovulması nəticəsində alınmışdı. Orta əsrlərə qədər qovma da müqəddəs sənət hesab olunurdu.

Zosima Panapolitansinin külliyatından götürülmüş qovma aparatı miniatürü.

Fəlsəfə daşı

"Kişi və qadın" — Kükürd və Civə

Fəlsəfə daşı əlkimyanın anası hesab olunur. Belə ki dəmir və ya misdən fəlsəfə daşı vasitəsilə Qızılın alınması əsaslanan bu fikir mümkünsüz olsa da, uzun müddət əlkimyaçılar bunu axtarmışlar. Bu axtarışların nəticəsində çox şey (məsələn, Fosfor) kəşf olunmuşdur. Əlkimya ilk dəfə Zosima Panapolitanski tərəfindən işlənmiş Kemiya sözünə Al şəkilçisi artırılmaqla (lat. Alchemia) yaranmışdır. Amma əlkimya kimyailə deyil bu daş ilə əlaqəli idi. Bu daş haqqında əlkimyəvi komiks — "Lal kitab" mövcuddur. Burada işlənən fəlsəfi civə və fəlsəfi kükürd cisim haqqında deyil fəlsəfə məzmunludur. Belə ki, civə ilə kükürd ana və ata kimi də təhrif olunur. Bir çox mənbələrdə fəlsəfə daşını qırmızı və bəzən də sarı toza bənzədirlər. Amma fəlsəfə daşının nə olduğu və necə alındığı hələ də mübahisə doğurmağa davam edir.

Əlkimya sözünün mənşəyi

Əlkimya bir sıra mənbələrə görə I–XVIII əsrləri əhatə edir. Digər metallardan qızıl almaq ideyası həqiqətən də, I–III əsrlərdə misirdə meydana çıxmışdır. Əlkimya sözü isə bu düşüncələr ərəblərə keçdikdə yaranmışdır. Onlar kimya sözünə "Əl-" ərəb qoşmasını artırmış və bu söz də avropaya belə keçdiyindən iş belə gətirdi ki, belə düşüncələr "Əlkimya" adı atında məşhurlaşdı. Təbii ki, Avropa dillərində "ə" hərfi olmadığından, onlar bu sözü müxtəlif cür mənimsədilər (Lat. Alchemia;ing. Alchemy). Amma "Əl-" ön şəkilçisi də avropa dillərində yox idi. Lakin hansısa səbəbdən onlar bu ön şəkilçini "Al-" formasında sözün tərkibində saxladılar. XVII əsrdə isə insanlar artıq kimyanı əlkimyadan ayırmışdılar.

Əlkimya ideyaları

Əlkimyada müxtəlif dövrlərdə müxtəlif dövrlərdə müxtəlif ideyalar altında hökm sürmüşdür. Maddələrin üç əsası, Atomistlik, nəcibləşmə belə fikirlərdəndir.

Nəcibləşmə

Nəcibləşmə metallarla bağlı fikir idi. Əlkimyaçılar həyat iksiri və fəlsəfə daşını da bu məqsədlə axtarırdılar. Onlar bütün metallar arasında yalnız qızıl, bəzən isə gümüşü nəcib hesab edirdilər. Buna görə də metalların çevrilməsinə dair əsərlər də yazırdılar. Qədim və orta əsr əlkimya kitablarının bəlkə də yarısından çoxu bu mövzuda idi.

Maddələrin üç əsası

Bütün metalların və yaxud metalların üçəsası — Duz, Civə və kükürd anlayışı əlkimyaya Ər — Razi tərəfindən daxil edilmişdir.

Ədəbiyyatda əlkimya

M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər" əsəri əlkimya mövzusundadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlkimya haqqında məlumat. Əlkimya nədir? Əlkimya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Beverli Hills

  • Mart 01, 2026

    Tropiklər

  • Fevral 27, 2026

    Megera

  • Mart 01, 2026

    Vladimir Jirinovski

  • Fevral 27, 2026

    Qalileya

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst